SON XƏBƏRLƏR

Bakıda “Azərbaycanlılar və amerikalılar: Bir-birimizi necə görürük” mövzusunda beynəlxalq konfrans keçirilir

2021.10.20, 07:36
Bakıda “Azərbaycanlılar və amerikalılar: Bir-birimizi necə görürük” mövzusunda beynəlxalq konfrans keçirilir

Gunaz.tv
Bakıda “Azərbaycanlılar və amerikalılar: Bir-birimizi necə görürük” mövzusunda beynəlxalq konfrans keçirilir Bakıda Azərbaycan Diplomatik Akademiyasının (ADA) təşkilatçılığı ilə “Azərbaycanlılar və amerikalılar: Bir-birimizi necə görürük” mövzusunda beynəlxalq konfrans keçirilir. APA-nın məlumatına görə, tədbirdə çıxış edən xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirib ki, konfransın məqsədi Azərbaycan ictimaiyyətinin ABŞ siyasi reallığı, Amerika cəmiyyətinin isə Azərbaycanda baş verənlər barədə məlumatının daha da dərinləşməsinə nazil olmaqdır. H. Paşayev tədbir zamanı iştirakçıların əlaqələri daha da möhkəmləndirmək imkanı əldə edəcəklərinə ümidvar olduğunu qeyd edib. Tədbirə ABŞ-ın qabaqcıl KİV-lərinin nümayəndələri, Azərbaycanın hökumət təmsilçiləri, QHT nümayəndələri və digərləri qatılıb. Konfransda xarici siyasətin formalaşmasında mətbuatın rolu, ABŞ-da keçiriləcək seçkilər və onun dünya siyasətinə təsiri mövzuları müzakirə olunur. Tədbir iştirakçılarının məcburi köçkünlərlə görüşləri, Bibiheybət məscidinə, Qubada yəhudi icmanın yaşadığı Qırmızı qəsəbəyə səfəri də gözlənilir. Konfrans günün sonunda yekunlaşacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar