SON XƏBƏRLƏR

RUSİYA ERMƏNİSTANIN QAZINI AZALTDI_İrəvan Gürcüstandakı müharibə ilə bağlı yeganə enerji dəhlizindən məhrum ola bilər

2021.10.20, 07:36
RUSİYA ERMƏNİSTANIN QAZINI AZALTDI_İrəvan Gürcüstandakı müharibə ilə bağlı yeganə enerji dəhlizindən məhrum ola bilər

Gunaz.tv
RUSİYA ERMƏNİSTANIN QAZINI AZALTDI İrəvan Gürcüstandakı müharibə ilə bağlı yeganə enerji dəhlizindən məhrum ola bilər 3317.jpg Rusiya Ermənistana nəql etdiyi qazın həcmini heç bir xəbərdarlıq etmədən azaldıb. “Arminfo” agentliyinin məlumatına görə, bu barədə “ArmRosqazprom” Birgə Müəssisəsinin mətbuat xidmətinin rəhbəri Şuşan Sərdaryan bildirib. Onun sözlərinə görə, Gürcüstan ərazisindən Ermənistana qaz nəqlinin azaldılması haqda Rusiyadan heç bir xəbərdarlıq daxil olmayıb. Bu baxımdan qazın azaldılmasının səbəbləri məlum deyil. Sərdaryan hazırda Rusiyadan Ermənistana nə qədər qaz daxil olduğunu açıqlamayıb. Ancaq deyib ki, həcmin azaldılmasına baxmayaraq, əhalini qazla təmin etmək mümkün olur. Bu arada bəzi Rusiya KİV-ləri Ermənistana gedən qazın bir hissəsini Gürcüstanın götürdüyü haqda xəbərlər yayıblar. Gürcüstan tərəfi isə bu barədə şərh vermir. Rusiyanın “Qazprom” şirkəti Ermənistana bu il üçün 2.1 milyard kubmetr qaz verməlidir. Məlumatlara görə, Ermənistana qaz nəqli 30 faizdən çox azalıb. Ermənistan ehtiyat qaz anbarlarını açmalı olub. İrəvanda narahatdırlar ki, Gürcüstandakı müharibə ilə bağlı Ermənistan yeganə enerji təminatı kanalını da itirə bilər. Syasət şöbəsi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar