SON XƏBƏRLƏR

PKK dönərçiliyə başlayıb

2021.10.20, 07:36
PKK dönərçiliyə başlayıb

Gunaz.tv
PKK dönərçiliyə başlayıb Türkiyə Tuncelidə PKK-ya qarşı növbəti əməliyyata başlayıb. Ərzincan şəhərində türk əsgərlərinə hucumdan sonra Tunceli və Ərzincandakı hərbi qüvvələr Munzur dağı ilə ətraf rayonlarda əməliyyatlar həyata keçirir. Əməliyyat zamanı 10 nəfərdən ibarət olan terrorçu qrupun zərərsizləşdirilməsi planlaşdırılır. İyunun əvvəlindən Ərzincanda olan PKK-nın 20 üzvünün Qara dəniz və Sivas bölgəsinə keçdiyi məlum olub. PKK-çıların bölgədə fəaliyyət göstərən digər terror təşkilatları ilə əməkdaşlıq etdiyi də bildirilir. Xatırladaq ki, avqustun 11-də Türkiyə ordusunun əsgərlə dolu maşını Ərzincan vilayətinin Kemah qəsəbəsi yaxınlığında minaya düşüb. Hadisə nəticəsində 9 hərbçi şəhid olub, 2-si yaralanıb. Bu arada məlum olub ki, PKK dünyaca məşhur italyan tenor, mərhum Luçano Pavarottinin doğulduğu Modeno şəhərində dönər əti paylayan şirkət yaradıb. Kürdlərin terror təşkilatı Avropa ölkələrindən topladığı pullar bu şirkət vasitəsilə leqallaşdırılır. Dönər şirkətinə PKK-nın Avropa bölmələrinin rəhbəri Səbri Ok tərəfindən təyin edilmiş Cəfər Tosun başçılıq edir. H.Bakuvi express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar