SON XƏBƏRLƏR

MOSKVADA GÜRCÜ EVLƏRİNƏ BASQINLAR GÜCLƏNİR_Şovinistlər onları Rusiyadan qovmağı tələb edir

2021.10.20, 07:36
MOSKVADA GÜRCÜ EVLƏRİNƏ BASQINLAR GÜCLƏNİR_Şovinistlər onları Rusiyadan qovmağı tələb edir

Gunaz.tv
MOSKVADA GÜRCÜ EVLƏRİNƏ BASQINLAR GÜCLƏNİR Şovinistlər onları Rusiyadan qovmağı tələb edir 1973.jpg Rusiyanın Qeyri-Leqal Miqrasiya Əleyhinə Hərəkatının rəhbəri Aleksandr Belov (Potkin) bəyan edib ki, Moskvada kriminogen durumun pisləşməsinin əsas səbəbkarlarından biri də gürcülərdir. Buna görə də hərəkat üzvləri Rusiya paytaxtında gürcülərin yaşadığı məhəllələrdə qanlı reydlərə başlamaq niyyətindədir. “Novıy region” informasiya agentliyinə istinadən xəbər verən “ANS-press”in məlumatına görə, dünən gün ərzində bir neçə gürcü ailəsi basqına məruz qalıb. Yerli hüquq-mühafizə orqanlarına şikayət olunsa da Moskva milisi şikayətlərə biganə yanaşıb və gürcülərə edilən basqınlara göz yummağa üstünlük verib. Qeyri-Leqal Miqrasiya Əleyhinə Hərəkatın rəhbəri bəyan edib ki, hərəkat üzvləri Moskvada ayrı-ayrı fərdi evlərdə yaşayan gürcülərin siyahısını tutmaqla məşğuldur. Qeyd edək ki, Cənubi Osetiyada hərbi əməliyyatların elə ilk günündə rus millətçiləri prezident Medvedevlə baş nazir Putinin ünvanına məktub göndərərək ölkə ərazisində olan bütün gürcüləri dərhal Rusiyadan qovmağı tələb etmişdi. Rus millətçiləri hesab edir ki, bu ölkədə yaşayan gürcülərin hamısı casusdur. SƏBUHİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar