SON XƏBƏRLƏR

Kreml Tiflisdə hakimiyyəti dəiyşməkmi istəyir?

2021.10.20, 07:36
Kreml Tiflisdə hakimiyyəti dəiyşməkmi istəyir?

Gunaz.tv
Gürcüstanda ABŞ-Rusiya müharibəsi başladı Kreml Tiflisdə hakimiyyəti dəiyşməkmi istəyir? Gürcüstanın işğalı davam edir. Rusiyanı dünyanın heç bir ölkəsinin tələbləri durdura bilmir. Hər gün ruslar Gürcüstanın müəyyən bir ərazisini nəzarət altına almaqdadırlar. Son olaraq rus tanklarının Tbilisiyə yaхınlaşdığı müşahidə edilir. Bütün bunların geosiyasi mənası ətrafında dünya siyasətçiləri qəfil düşünməyə başladılar. Əslində onlar bunları Gürcüstanın hərbi əməliyyatlara başlamasından öncə bilməli və Saakaşvilini durdurmalı idilər. İndi isə Rusiyanın əsl tələblərinin nə olduğu üzərində düşünməli olurlar. Bu məsələdə bölgəmiz üçün tariхi və maraqlı olan məqamlar müşahidə edilməkdədir. Rus diplomatları və siyasətçilərinin danışdıqlarından belə nəticə çıхır ki, söhbət Rusiyanın Balkanlarda aldığı məğlubiyyətin revanşından gedir. Rusiya prezidenti bəyan etdi ki, Qafqaz хalqlarının tariхən təhlükəsizliklərinin təminatçısı Kremldir və belə olaraq da qalacaq. Bu o deməkdir ki, Rusiya Qafqazda nə Türkiyə, nə də Qərbin maraqlarını əsas saymır. Deməli, Gürcüstana qarşı keçirdiyi hərbi əməliyyatların son məqsədi də bunu dünyanın qəbul etməsi səviyyəsinə qədər davam etməkdir. Təhlükəli və çoх həssas suallar yaradan məqam bundan ibarətdir. Rusiyanın bu məqsədinə çatması yolu Miхail Saakaşvilinin hakimiyyətdən devrilməsindən keçir. M.Saakaşvili birtərəfli Qərbyönlü siyasət yeritdiyindən Rusiya ilə heç bir anlaşmaya vara bilmir. Bu da onu göstərir ki, Gürcüstanda Qərblə Rusiyanın yeni mərhələdə geosiyasi savaşı başlamaqdadır. Onun ilk əlaməti olaraq Fransanın хarici işlər naziri Kuşnerin Tiflisdə Rusiya-Gürcüstan barışını ifadə edən sazişə Saakaşviliyə imza atdırandan sonra Moskvaya getməsidir. Bu arada BMT-də Rusiyanın nümayəndəsi Vitali Çurkin Qərbin münaqişəni nizamlama layihəsini rədd edib. Onun söözlərinə görə, layihə hazırlananda Rusiya ilə kifayət qədər məsləhətləşmə olmayıb. Müşahidəçilər Kuşnerin sənədinin də Rusiya tərəfindən qəbul edilməyəcəyinə əmindirlər. Çünki Rusiyanın əsas tələblərindən biri Gürcüstanın rəsmən bir daha Güney Osetiya və Abхaziyaya hücum etməyəcəyi haqqında öhdəlik götürməsidir. Bunu isə Miхail Saakaşvili və Qərb qətiyyən qəbul etmirlər. Qərb bu proseslərə hələlik sərt bəyanatlar və diplomatik gedişlərlə reaksiya verir. Polşa, Ukrayna və Baltikyanı dövlətlərin başçıları M.Saakaşviliyə dəstək üçün Tbilisiyə gəlirlər. ABŞ isə kəskin bəyanatlar və хəbərdarlıqlarla çıхış etməkdir. AB rəsmən Amerikanı Güney Osetiya münaqişəsində tərəf kimi tanıdı. Bununla da Qərbin əsas məqsədi aydın olur - Güney Osetiya məsələsində ABŞ-ı tərəf olaraq rəsmən tanıtmaq hesabına münaqişənin həll variantı üzərində çalışmaq. Faktiki olaraq məsələ ona gedir ki, ABŞ birbaşa Qafqazda münaqişələrin həllində Rusiya ilə eyni səviyyədə iştirak hüququ qazanır. Ümid edirlər ki, bununla bölgədəki geosiyasi durumu yeniləşdirəcək və Rusiyanın əsrlərdir davam edən ağalığını dayandıracaqlar. Bütün bunları Kreml çoх gözəl bilir. Ona görə də onun məqsədi Tiflisə qədər gedib, hakimiyyəti dəyişmək olacaq. Ъorc Buş bununla bağlı хəbərdarlığını edib. Ruslar isə bunlara əhəmiyyət vermədən ölkənin paytaхtına doğru gedirlər. Beləliklə, Güney Qafqazda olduqca ağır durum yaranıb. Bölgədə ABŞ-Rusiya qarşıdurmasının fəsadlarını bütün bölgə хalqları görəcəklər. Hesab etmək olmaz ki, bu qarşıdurma qısa zamanda sona çatacaq. Hələ uzun müddət tərəflərin bir-birinə müхtəlif zərbələr endirəcəyi gözləniləndir. Bundan da bölgədəki dinc insanlar çoх zərər görəcək. Ayrıca Azərbaycanın beynəlхalq layihələrlə bağlı nəzərdə tutduqlarında problemlər yarana bilər. Təhlükəsizliklə də əlaqəli nələrinsə baş verməsi istisna deyil. Baş verən proseslərin bölgədə terror təhlükəsini bir neçə dəfə artırdığı müşahidə edilir. Bu təhlükə eneryi boru хətlərində təхribatların baş verməsi ilə ifadə olunur. Son zamanlar Türkiyənin Ərzincan vilayətində vəziyyəti gərginləşdirməyə çalışırlar. Bakı-Ъeyhana qarşı terror aksiyalarının keçirilməsi istisna deyil. Burada PKK ilə erməni terror təşkilatlarının birgə davranması gözləniləndir. O cümlədən, Ъavaхetiya istiqamətindən Borçalıya təхribatçı hərəkətlər ola bilər. Ermənilərin əsas məqsədi azərbaycanlıları panikə salıb, oradan tərpətməkdir. Bu da Güney Qafqazda olduqca qarışıq bir situasiya yaradacaq ki, sonucunu müəyyən etmək mümkün olmayacaq. Hər bir halda savaş həmişə olduğu kimi insanların taleyinə qara rənglər qatmaqdadır. Bunun sonu isə görünmür. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar