SON XƏBƏRLƏR

Nardarandakı atışmada ölənlərin sayı 3-ə çatdı,1 qadın isə yaralanıb

2021.10.20, 07:36
Nardarandakı atışmada ölənlərin sayı 3-ə çatdı,1 qadın isə yaralanıb

Gunaz.tv
Nardarandakı atışmada ölənlərin sayı 3-ə çatdı 1 qadın isə yaralanıb hadise.jpg “Avqustun 12-də Nardaran qəsəbəsində polislə cinayətkarlar arasında baş verən silahlı qarşıdurmadan sonra qəsəbədə sakitçilikdir. Hər kəs öz işi ilə məşğuldur”. Bu barədə Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin rəisi Azər Cahangirov Lent.az-ın əməkdaşı ilə söhbətində bildirib. A.Cahangirov deyib ki, atışma zamanı yaralan Aqil Elşad oğlu Muxtarov da ölüb: “Dünən cinayət törədən şəxslər bizə silahla müqavimət göstərdilər. Bizə qumbara atmaqdan belə çəkinmədilər. Atışma nəticəsində çimərlikdə olan qadınlardan biri yaralanıb. Onun kimliyi hələlik bizə məlum deyil”. Qeyd edək ki, avqustun 12-də axşam saatlarında Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində qəsəbə sakini, uzun müddət axtarışda olan Zülfüqar Cabbarovun tutulması üçün əməliyyat keçirilib. Əməliyyat zamanı Z.Cabbarov və onun yanında olan şəxslər polisə silahlı müqavimət göstəriblər. Bir neçə saat davam edən atışma nəticəsində Zülfüqar Cabbarov və atası Əmirxan Cabbarov öldürülüb, onların yaxın qohumu Aqil Elşad oğlu Muxtarov isə yaralanıb. A.Cahangirov deyib ki, polis əməkdaşları arasında xəsarət alan olmayıb. Əməliyyat zamanı polisə müqavimət göstərənlərdən iki ədəd avtomat götürülüb. 1985-ci il təvəllüdlü Z.Cabbarov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq oldu silah, onun komplekt hissələrin, döyüş sursatını, partlayıcı maddələri və qurğuları əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə axtarışda olub. O, bir neçə ağır cinayət törətdiyi üçün barəsində axtarış elan edilib. Daha əvvəl keçirilən əməliyyat zamanı Z.Cabbarov Sabunçu rayon Polis İdarəsinin 14-cü bölməsinin rəis müavini, polis mayoru, 40 yaşlı Zaur Bədəlovu güllələyərək, hadisə yerindən qaçmışdı. Şəhriyar ƏLİZADƏ LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar