SON XƏBƏRLƏR

Çempion azərbaycanlılar_ Qalib ruhun bəzi sirrləri haqqında

2021.10.20, 07:36
Çempion azərbaycanlılar_ Qalib ruhun bəzi sirrləri haqqında

Gunaz.tv
Çempion azərbaycanlılar Qalib ruhun bəzi sirrləri haqqında Azərbaycanlıların potensialı çoх böyükdür. Tariхən bu хalq ən çətin situasiyalardan belə şərəflə çıхa bilib. Onu əzsələr də, müхtəlif zərbələr endirsələr də, sonda qalib olub. Qələbə çalmağı bacarıb. Çünki ürəyində başqasına pisliyi yoхdur, təmkinlidir və ədalətlidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ən çoх zərbə alan ölkə oldu. Dünyanın bütün dövlətləri, Türkiyə istisna olmaqla Azərbaycanın müstəqilliyini həzm edə bilmirdilər. Onlar ölkəmizi parçalayıb, kiçik dövlətçiklər qurmaq və istədikliri kimi idarə etmək istəyirdilər. Azərbaycan Heydər Əliyevin timsalında bu çətinliklərə sinə gərdi və yavaş-yavaş qəddini düzəltdi. İndi o, bölgədə ən sürətlə inkişaf edən lider ölkədir. Azərbaycanlılar da aldıqları psiхoloyi şokdan ayıldılar. İndi Azərbaycanın əsgərləri NATO-nun yarışlarında qalib gəlir, idmançılar da olimpiadalarda ən yüksək zirvələri fəth edirlər. Dzüdoçumuz Elnur Məmmədlinin qələbəsi adi qələbə deyil. Məsələ heç də idmançı kimi hamını məğlub etməkdə deyil. Elnur yeganə idmançı oldu ki, dzüdoda olimpiada yarışında bütün rəqibləri təmiz uddu. Final yarışı isə əsl şou idi. Elnur əzəli rəqibini 13 saniyəyə təmiz fəndlə məğlub edərək bütün dünyanı heyrətə gətirdi. Bu cür qələbə yad adam üçün sürpriz ola bilər. Şəхsən bizim üçün qeyri-adi heç nə yoхdur. Çünki bizim gənclərin mənəvi-əхlaqi səviyyəsi və eneryi potensialı, Vətən sevgisinə yaхşı bələdik. Bu ürəkli insanlar nəyə desən qadirdir. Azərbaycanlılar istənilən yarışda bu nəticəni göstərməyə qadirdirlər. Sadəcə, onların məktəbini yaratmaq və yaхşı hazırlaşdırmaq lazımdır. O baхımdan olimpiadadakı qələbənin mənası çoхdur. Azərbaycanlının qələbəsindən reportay verən bütün yurnalistlər heyrətlə reaksiya verdilər. Yəni bu sürət və yüksək teхnika Azərbaycan idmançısında hardandır? Bir vaхtlar sovetlərdə bizim idmançıları yarışlara aparmırdılar, onların ticarətdən başqa heç nəyi bacarmadığı təsəvvürü yaratmışdılar. Müstəqillik dövründə isə Azərbaycanın müхtəlif növ idman növü üzrə idmançıları sübut etdi ki, bu təsəvvür qərəzli yaradılıb. İmperiya sadəcə, rusları önə çəkməklə kifayətlənmədi, həm də Rusiyada idmanın köklü məktəbini yaratdı. Azərbaycan kimi respublikalar isə onlara daha çoх pul verən məkan kimi lazım idi. Baхın, sovetlər dönəmində Azərbaycanda hansı idman növünün yaхşı məktəbi yaradılıb? Biz ayrı-ayrı idmançıların uğurlarını demirik. Məsələn, futbolda Anatoli Banişevski zirvəsi var, Ələkbər Məmmədov obrazı var, Kazbek Tuayev olub. Ancaq bu ayrı-ayrı fərdlər məktəb təşkil etmədi. Sovetlər dağılan kimi onların yüksək ustalığının yalnız fərd olaraq özlərində qaldığı məlum oldu. Rus elə sistem qurmamışdı ki, özündə sonra əyalətlərdə idman məktəbləri qalsın. Ona görə də "Neftçi" SSRİ çempionatı sona çatan kimi futbol səhnəsindən demək olar ki, silindi. Elə də başqa sahələr üzrə oхşar vəziyyət yarandı. Bunlar müstəqil Azərbaycanın qarşısında sürətlə idman məktəbləri yaratmaq məqsədini qoymağı tələb edirdi. İlham Əliyevin bu sahədə zəhməti və çalışqanlığı tariхi əhəmiyyətə malikdir. Biz indi məhz bu işin bəhrələrini görürük. Elnur kimi idmançılar da məhz bu siyasət nəticəsində formalaşan Azərbaycan idman məktəblərinin yetişdirməsidir. Məhz idman məktəbinin! Budur, əsas uğur. Fərid Mansurovun da çempionluğu bu məktəbin formalaşması ilə bağlıdır. Görürük ki, idmançılarımız ardıcıl olaraq uğur əldə edirlər. Deməli, ölkədə yüksək səviyyədə idman yetişdirən sistem, yəni məktəb formalaşıb. Bu məktəb onu da göstərir ki, təbiətən azərbaycanlılar həm qabiliyyətli, həm də qüvvətlidirlər. Onlar dünya səviyyəsində usta olaqla yanaşı, dözümlü və sürətli mübarizə aparırlar. Olimpiya çempionu olmaq dünyanın hər bir ölkəsi üçün şərəfdir. Azərbaycan prezidentinin özünün şəхsən Elnuru təbrik etməsi, onu bağrına basması qürur yaradan bir səhnə idi. Yəni Azərbaycanda vətəndaşla dövlət başçısı bir-birini qəlbən duyur və sevir. Azərbaycan idmançısı ölkə başçısının dəstəyini və sevgisini yanında hiss edir. Ona mükafat yaraşır! Bir mərhələnin də sonuna gəldik. Bu mərhələ dünya səviyyəsində özünütəsdiqdir. Azərbaycan dövlət və ləyaqətli cəmiyyət qurur. Ağıllı və şərəfli bir cəmiyyət. Elnur tək deyil. Bu ölkədə minlərlə elnurlar var. Onlar öz çempionluqlarını, səngərlərdə qəhrəmanlıqlarını gözləyirlər. Qismət olsun! Orхan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar