SON XƏBƏRLƏR

Abdullah Gül: “Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik”

2021.10.20, 07:36
Abdullah Gül: “Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik”

Gunaz.tv
Abdullah Gül: “Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirik” abdulla-gul-1.jpg Türkiyə prezidenti Cənubi Osetiya hadisələri ilə bağlı mətbuat konfransı keçirdi Türkiyə prezidenti Abdullah Gül Gürcüstanda baş verən hadisələrlə bağlı mətbuat konfransı keçirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, A.Gül Qafqazdakı müharibəni narahatlıqla izlədiklərini və Rusiyanın hərbi əməliyyatları dayandırmaq qərarından məmnun olduqlarını bildirib. Prezident Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini, Türkiyənin bölgədə sülhün əldə olunması üçün bütün lazımi işləri görəcəyini və hərbi əməliyyatlardan zərər çəkənlərə humanitar yardım göstərəcəyini qeyd edib: “Türkiyə harada sıxıntı olursa, harada insanlar dəstəyə ehtiyac hiss edərsə, daim bunu göstərib. Bu, hər kəsə örnək olmalıdır”. A.Gül Rusiya və Gürcüstan prezidentləri ilə əlaqə saxlayaraq, onları sülhə çağırdıqlarını da vurğulayıb. O, münaqişə bölgəsindən Türkiyə vətəndaşlarının çıxarılması üçün Xarici İşlər Nazirliyinin lazımi addımlar atdığını söyləyib: “Azərbaycan hökuməti də Türkiyə vətəndaşlarının asanlıqla geri dönməsi üçün kömək göstərir”. Prezident müharibənin Türkiyə ətrafında getdiyinə diqqət çəkərək, sərhədlərində İraq, Livan və Fələstinlə yanaşı, daha bir münaqişə ocağının yarandığını deyib: “Bu səbəbdən Türkiyəmizə sahib çıxmalıyıq. Türkiyə bölgədə həmişə güclü olmalıdır”. A.Gül Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəmərində də problem olmadığını, hərbi əməliyyatlar zamanı boru xəttinin zədələnmədiyini vurğulayıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar