SON XƏBƏRLƏR

Cəhalətin pik nöqtəsi_“Əl-Qaidə” İraq bazarlarında qadınlara xiyar, kişilərə pomidor satılmasını yasaqladı

2021.10.20, 07:36
Cəhalətin pik nöqtəsi_“Əl-Qaidə” İraq bazarlarında qadınlara xiyar, kişilərə pomidor satılmasını yasaqladı

Gunaz.tv
Cəhalətin pik nöqtəsi “Əl-Qaidə” İraq bazarlarında qadınlara xiyar, kişilərə pomidor satılmasını yasaqladı pkk-ci-oldu.jpg “Əl-Qaidə” terror təşkilatının İraqda tətbiq etdiyi yeni qaydalar yerli əhalini təbdən çıxarıb. Lent.az-ın Britaniyada nəşr olunan “Daily Mail” qəzetinə istinadən xəbərinə görə, indiyədək “əl-Qaidə”ni dəstəkləyən ərəb əşirət liderləri də narazılıqlarını açıq şəkildə dilə gətirirlər. “Daily Mail” qəzetinə müsahibə verən sünni əşirət lideri Şeyx Həmid al-Hayyes bildirib ki, terrorçular artıq tərəvəzləri də cinslərə bölüblər. Onlar xiyarı kişi, pomidoru isə qadın tərəvəz cinsinə aid edirlər: “Ona görə də bazarlarda qadınların xiyar, kişilərin isə pomidor alması yasaqlanıb”. Bundan başqa, quyruğu yuxarı baxan və cinsiyyət orqanı görünən keçilər əxlaqsızlıq mücəssəməsi kimi yerindəcə öldürülür. Siqaret çəkən kişilərin barmaqları kəsilir, bərbər və kosmetika dükanları partladılır, dondurma satanlar qətlə yetirilir. Mahnı oxumaq, kişilərin saqqalını qırxması və uzun saç saxlaması, qadınların kişi həkimlər tərəfindən müayinə edilməsi terror təşkilatı tərəfindən İslama zidd sayılır. “Əl-Qaidə” üzvlərinin “qoruduğu” əşirətlərdən olan azyaşlı qızlarla zorla evlənməsi adi hal alıb. Şeyx Həmid al-Hayyes deyib ki, terrorçuları dəstəkləməyən bir ailənin doqquz yaşlı uşağı valideynlərinin gözü qarşısında öldürülüb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar