SON XƏBƏRLƏR

NATO-nun baş katibi:GÜRCÜSTAN TEZLİKLƏ NATO ÜZV OLMALIDIR

2021.10.20, 07:36
NATO-nun baş katibi:GÜRCÜSTAN TEZLİKLƏ NATO ÜZV OLMALIDIR

Gunaz.tv
«GÜRCÜSTAN TEZLİKLƏ NATO ÜZV OLMALIDIR» yap_de_hop.jpg NATO-nun baş katibi Yap De Hoop Sxeffer Rusiyanın Gürcüstana qarşı həyata keçirdiyi hərbi əməliyyatları kəskin şəkildə pisləyib. Şimali Atlantik alyansın baş katibi tezliklə rəsmi Tiflisin quruma üzv olmasının vacibliyini vurğulayıb. /İctimai TV/ ---------------------------------------------------------------------- RƏSMİ VAŞİNQTON GÜRCÜSTAN SUVERENLİYİNİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYIR Amerika Birləşmiş Ştatları konqresinin nümayəndələr palatasının spikeri Nensi Pelosi də Rusiyanı silahlı qüvvələrini Gürcütan ərazisindən dərhal çıxartmağa çağırıb. Rəsmi Vaşinqtonun Gürcüstan suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirən Nensi Pelosi Rusiyanın bu ölkəyə qarşı həyata keçirdiyi təcavüzü kəskin şəkildə pisləyib. Rusiya Xarici İşlər Nazirliyinin Gürcüstan Prezidenti Mixail Saakaşvilinin hakimiyyətdən istefa verməsi ilə bağlı tələbini mənasız bəyanat adlandıran Konqresin nümayəndələr palatasının spikeri, ölkəsinin rəsmi Tiflisə və gürcü xalqına dəstəyinin artırmasının vacibliyini vurğulayıb. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar