SON XƏBƏRLƏR

Səhvlər nə idi?

2021.10.20, 07:36
Səhvlər nə idi?

Gunaz.tv
Səhvlər nə idi? 2008041715153920040120101606georgia_map203.gif Qərb mətbuatında geniş yayılmış rəyə görə, Gürcüstanın Cənubi Ossetiyada hərbi nəzarəti ələ almaq cəhdi böyük bir səhv olub. Bir çox qərb diplomatları, habelə QHT-lər rəsmi Tbilisini başa salırdılar ki, itirilmiş ərazilərini geri qaytarmaq üçün hərbi vasitələr yox, qarşılıqlı etimad yaratmaq barədə düşünməlidir. Bu isə olduqca çətin bir məsələ idi, çünki keçmişdə buraxılmış başqa səhvlərlə bağlı idi. Gürcüstan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndə onun ilk prezidenti Zviad Qamsaxurdiya oldu. O isə milli azlıqlara qarşı sərt mövqedə olan qatı millətçi idi. Məsələn, osetinləri o, Gürcüstanın nankor qonaqları adlandırırdı. Daha sonra Zviad Qamsaxurdiya hələ sovetlər dövründən muxtariyyətləri olan Cənubi Ossetiya, Acarıstan və Abxaziyanı ləğv etdi, gürcü dili ölkənin yeganə dili kimi təsbit olundu. Qamsaxurdiyanın xələfi Şevardnadze Gürcüstanın bir çox millətçi siyasətlərini ləğv etsə də, artıq olan olmuş, Gürcüstanın milli azlıqları istər maddi, istərsə də mənəvi dəstək üçün üzlərini Rusiyaya çevirmişdilər. Abxaziya, Acarıstan və Cənubi Ossetiya artıq yerli separatçı hökumətlərini qura bilmişdilər. Gürcüstanın Abxaziyanı geri qaytarmaq cəhdi Tbilisinin rüsvayçı məğlubiyyəti ilə başa çatdı. Cənubi Ossetiyada üçtərəfli saziş əsasında rus-gürcü-osetinlərdən ibarət sülhyaradıcı qüvvələr tətbiq olundu. Lakin bu, çox narahat bir ittifaq idi. Tərəflər bir-birini atəşkəsi pozmaqda, gürcülər isə rusları osetinlərin tərəfində olmaqda ittiham edirdilər. Osetinlərlə gürcülər arasında ziddiyyətin qədim tarixi kökləri var. 1917-ci ilin Rusiya inqilabı zamanı gürcülər menşevikləri dəstəklədilər və Gürcüstanda menşevik hökuməti qurdular. Osetinlər isə bolşeviklərə tərəf çıxdılar və bu zaman Gürcüstan özünün ərazi bütövlüyünü bərpa etmək üçün silaha əl atmalı oldu. Daha sonra isə Gürcüstanda Rusiyanın müdaxiləsi ilə sovet sosialist respublikası quruldu. Lakin səhvi təkcə gürcülər etməyiblər. Amerika Tbilisiyə silaha əl atmağın təhklükəsini yaxşıca izah edə bilməzdimi? Ruslar gürcülərin Ossetiyaya hücumuna belə qəddar cavabla dünyanın gözündən düşəcəklərini göz önünə gətirmədilərmi? Rusiya gələcəkdə Qafqaz xalqlarının azadlıq istəklərinə Zviad Qamsaxurdiya Gürcüstanın milli azlıqlarına baxdığı kimi baxmaqdan özünü saxlaya biləcəkmi? bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar