Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Regionda vəziyyət son dərəcə gərginləşib. Rusiya hərbi qüvvələri Gürcüstana soxulub, Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinə real təhlükələr yaranıb. Rusiya rəhbərliyi artıq belə bəyanatlar da səsləndirməyə başlayıb ki, onlar BTC-yə nəzarət etmək niyyətindədirlər. Belə aydın olur ki, Rusiya regiona nəzarəti tam ələ keçirməyi planlaşdırır. Bu planın ilkin mərhələsində Gürcüstana müdaxilə edildi. Belə ümidlər vardı ki, Qərb öz müttəfiqini köməksiz qoymayacaq. Lakin gözləntilər özünü doğrultmadı. Bu gün Gürcüstan çətin bir duruma düşüb, dünyadan yardım istəyir. Proseslər niyə bu cür cərəyan etdi? Saakaşvilinin atdığı addım niyə dəstəklənmədi? Bu və digər suallarımıza cavab tapmaq üçün politoloq, Müsavat Məclisinin üzvü Hikmət Hacızadə ilə söhbətləşdik. H.Hacızadə bildirdi ki, Gürcüstanın bu vəziyyətə düşməsi prezident Mixail Saakaşvilinin məlum addımı özbaşına atması ilə bağlıdır: “Mənə elə gəlir ki, Saakaşvili bu hərəkəti heç kimlə məsləhətləşmədən, Qərbin razılığını almadan atıb. Ola bilsin o, müttəfiqlərindən Gürcüstanın ərazi bütövlüyünü təmin etmək məqsədilə yardım istəyib, lakin ona bunun indiki məqamda yolverilməz olduğu deyilib və Saakaşviliyə gözləmək tövsiyə olunub. Saakaşvili də gözləməyib, hövsələsizlik edərək orduya hücum əmri verib. Bəlkə də o fikirləşib ki, ona gözləmək tövsiyə olunsa da, planlarını icra edərkən Rusiya müharibəyə başlasa, Qərb Gürcüstana real dəstək verəcək. Ən azı ona diplomatik dəstək veriləcəyini düşünürdü. Amma bu, səhv proqnoz oldu. Mən hələ ki, Gürcüstanın xeyrinə bir plan görmürəm. Bu gün (dünən-red.) günorta Rusiya telekanallarında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov maraqlı bir etiraf etdi. O, təxminən belə dedi: ”Biz ABŞ-a minnətdarıq ki, Rusiyanın təqdimatı ilə onlar vaxtaşırı Saakaşvilini bu addımlarını dayandırmağa məcbur edirdilər. Görünür, bu dəfə onların səyləri nəticəsiz qaldı". Bu o deməkdir ki, Qərb Gürcüstana bu məsələ ilə bağlı heç bir vəd verməyib və Saakaşvili qərarı özbaşına verib. Ona görə də bu, çox böyük səhv idi". Bəs nəticə necə olacaq? Bu sualımızı cavablandıran H.Hacızadə hələlik yaxşı bir şey görünmədiyini dedi: “Nəticə əlbəttə, pis ola bilər. Ən azı Rusiya Cənubi Osetiyada və Abxaziyada əhəmiyyətli dərəcədə güclənəcək. İndiyə qədər Cənubi Osetiyada sülhməramlılar iki hissədən ibarət idi. Orada Rusiyanın da sülhməramlıları vardı, Gürcüstanın da. İndi Rusiya deyir ki, gürcü sülhməmarlılar Osetiyadan çıxarılmalıdır. Hələ mən ehtiyat edirəm ki, Rusiya ümumiyyətlə, Osetiyadan gürcü əhalisinin çıxarılmasını tələb edəcək. Artıq ruslar Kador dərəsinə giriblər, oradan gürcüləri təmizləyiblər. Qərb bir atəşkəs planı irəli sürdü, Gürcüstan onu imzalasa da, Rusiya qol çəkmədi. Ruslar dedilər ki, bu sənəd müəmmalıdır, orada qeyd olunur ki, tərəflər 6 avqust vəziyyətinə qayıtmalıdırlar. Rusiya isə deyir ki, bu qədər qırğınlar baş verib, qan tökülüb, bundan sonra 6 avqust vəziyyətinə qayıtmaq qeyri-mümkündür. Mənə elə gəlir ki, Rusiya Gürcüstanı sona qədər sıxacaq”. Azərbaycan hakimiyyətinin bu Gürcüstanla bağlı məsələdə tutduğu mövqe necə, politoloqu qane edibmi? H.Hacızadə Azərbaycanın bu məsələdə aciz olduğunu bildirdi: “Azərbaycan hakimiyyəti nə edə bilər ki? İqtidar Xarici İşlər Nazirliyi səviyyəsində Gürcüstanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Diplomatik şəkildə Azərbaycan başqa nə edə bilərdi? Qoşun göndərəsi deyil ki?! Sadəcə, Azərbaycan cəmiyyəti gürcülərə həm maddi, həm də mənəvi dəstək olmalıdır. Vətəndaşlar yardım toplayıb gürcülərə göndərməlidir. Mən eşitmişəm ki, ”Dalğa" Gürcüstanla bu istiqamətdə əlaqə yaradıb. Onların başladığı kampaniyaya dəstək vermək lazımdır". Politoloq bildirdi ki, bu hadisələr Azərbaycan üçün də örnək olmalıdır: “Söhbət ondan gedir ki, Azərbaycanda kifayət qədər dəliqanlılar var ki, onlar silahlanıb Qarabağda əməliyyatlara başlamağa çağırırlar. Onların vətənpərvərliyini başa düşürük. Amma reallıqları başa düşmək, qonşu ölkədə baş verənlərdən dərs götürmək daha faydalıdır. Başa düşmək lazımdır ki, nə qədər Ermənistanın arxasında Rusiya var, müharibəyə başlamaq son dərəcə təhlükəlidir. Biz də Gürcüstanın gününə düşə bilərik”. Regionda gərgin vəziyyət hökm sürdüyü bir ərəfədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qafqaz İttifaqı yaratmaqla bağlı təşəbbüsünə münasibət bildirən H.Hacızadə bunun hələlik baş tutacağına inanmadığını dedi: “Hələlik bunun reallaşacağına inanmıram. Çünki regionda ara qarışıb, Rusiya ilə Gürcüstan müharibə aparır, Dağlıq Qarabağ problemi həll olunmayıb. İttifaqda tərəflər bərabərhüquqlu olmalıdırlar. İndiki şərtlər daxilində bu mümkünsüz görünür. Ərdoğanın təklifi sadəcə, xoş bir niyyətdir”. Rusiyanın BTC ilə bağlı təhdidlərinə gəlincə, politoloq söylədi ki, Kremlin neft kəmərinə yönəlik planları var: “Amma konkret olaraq deyə bilmərəm ki, bu plan nədən ibarətdir. Hər halda, Rusiya çalışacaq ki, BTC-yə nəzarəti ələ keçirsin”. Elşad MƏMMƏDLİ musavat
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər