SON XƏBƏRLƏR

Gürcüstanın səhiyyə naziri: “175 vətəndaşımız öldürülüb”

2021.10.20, 07:36
Gürcüstanın səhiyyə naziri: “175 vətəndaşımız öldürülüb”

Gunaz.tv
Gürcüstanın səhiyyə naziri: “175 vətəndaşımız öldürülüb” 20080813134411_1.jpg Gürcüstanın səhiyyə naziri Sandro Kvitaşvili dörd gün davam edən müharibədə ölkəsinin itkilərini açıqlayıb. Lent.az-ın “İnterfax”a istinadən xəbərinə görə, nazir 175 Gürcüstan vətəndaşının öldürüldüyünü bildirib. Kvitaşvili itkilərlə bağlı dəqiqləşdirmə aparılmasının davam etdiyi söyləyib: “Biz Sxinvali rayonuna daxil ola bilmədiyimizdən, yekun rəyi açıqlaya bilmirik. Ora rus qoşunlarının nəzarətindədir”. Qeyd edək ki, dünən Tiflisdə keçirilən mitinqdə Gürcüstan prezidenti Mixail Saakaşvili döyüşlərdə 400 rus əsgərinin öldürüldüyünü bəyan edib. Qarşı tərəf isə Cənubi Osetiyada 1600 dinc sakinin, 18 sülhməramlı əsgərin öldürüldüyünü bildirir. lent.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar