SON XƏBƏRLƏR

Azərbaycanın xarici borcu 2,6 milyard dollara yaxınlaşıb. Ölkədə adambaşına düşən xarici borcun məbləği 300 dolları keçib

2021.10.20, 07:36
Azərbaycanın xarici borcu 2,6 milyard dollara yaxınlaşıb. Ölkədə adambaşına düşən xarici borcun məbləği 300 dolları keçib

Gunaz.tv
Azərbaycanın xarici borcu 2,6 milyard dollara yaxınlaşıb. Maliyyə Nazirliyindən verilən məlumata görə, indi ölkənin 2 milyard 590 milyon dollar xarici borcu var. Ölkədə adambaşına düşən xarici borcun məbləği 300 dolları keçib. Amma nazirlik hesab edir ki, xarici borc yüksək deyil. Belə ki, ölkənin xarici borcları ümumi daxili məhsulun 6,4 faizini təşkil edir. Üstəlik, ötən illə müqayisədə xaricə borc 6 milyon dollar azalıb. İndiyədək xaricdən cəlb edilən vəsaitlərin 14,5 faizi iqtisadçı islahatların həyata keçirilməsinə yönəldilib. Bu məqsədlə Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 376 milyon dollar alınıb. Xaricdən alınan kreditlərin böyük hissəsi 85,5 faizi və ya 2,2 milyard dolları invesitisiya layihələri üçün cəlb edilib. İnvestsiya məqsədləri üçün alınan kreditlərin 35,4 faizi energetika, 20,4 faizi yol tikintisi və nəqliyyat sahələrinə yönəldilib. Qalan vəsaitlərsə kənd təsərrüfatı, kimya, neft-qaz sektoruna, işğaldan azad olunmuş ərazilərin bərpasına, eləcə də sosial sahələrə ayrılıb. Nazirlikdən verilən məlumata görə, bu ilin ilk yarısında xaricdən alınan pulların cəmi 137 ,9 milyon dollarından istifadə olunub. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar