SON XƏBƏRLƏR

Ermənilər tərəfindən işğal olunmuş Ağdam “Ruhlar şəhəri” siyahısına salınıb

2021.10.20, 07:36
Ermənilər tərəfindən işğal olunmuş Ağdam “Ruhlar şəhəri” siyahısına salınıb

Gunaz.tv
Ermənilər tərəfindən işğal olunmuş Ağdam “Ruhlar şəhəri” siyahısına salınıb agdam030408.jpg Bakı. Laçın Sultanova - APA. Azərbaycanın işğal altında olan Ağdam şəhəri WebUrbanist.com. internet nəşri tərəfindən “Turistlər arasında maraq doğuran 20 ruhlar şəhəri” siyahısına salınıb. APA-nın məlumatına görə, siyahıda birinci yerdə Çində yerləşən Koulun şəhəri yer alıb. Hazırda bu şəhərin yerində “Qalaya alınmış şəhər” adlı park yerləşir. Əvvəllər Honkonqun yaxınlığında yerləşən bu şəhər canilər yuvası olub, burada antisanitariya hökm sürüb. Fransanın Oradur-sür-Qlan adlı kəndi siyahıda ikinci sıradadır. Bu kəndin 642 sakini İkinci Dünya Müharibəsi zamanı alman əsgərləri tərəfindən qətlə yetirilib. Kəndin xarabalıqları orada həlak olanlar haqqında bir xatirə və müharibənin dəhşətləri barədə gələcək nəsillərə nümunə kimi saxlanılıb. Üçüncü yerdə Namibiyanın Kolmanskop şəhəridir. Şəhər vaxtilə almaz axtaranlar tərəfindən salınıb və 1956-cı ildə digər daha zəngin yataqlarda işlər başlanandan sonra hamı bu şəhəri tərk edib. Amerikanın İndiana ştatında yerləşən Geri, Arizona ştatında yerləşən Rubi şəhərləri və ermənilərin xarabazarlığa çevirdiyi Azərbaycanın Ağdam şəhəri də ən maraqlı ruhlar şəhəri siyahısına salınıb.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar