SON XƏBƏRLƏR

Abxaz separatçıları Kodor dərəsini ələ keçirib

2021.10.20, 07:36
Abxaz separatçıları Kodor dərəsini ələ keçirib

Gunaz.tv
Abxaz separatçıları Kodor dərəsini ələ keçirib article_1218540664.gif Kodor dərəsinə hücuma keçən separatçı Abxaziya ordusu Acara kəndini tutub. Separatçılar mühacirətdə olan Abxaziya hökumətinin inzibati mərkəzi olan Acara kəndindəki binada Gürcüstan bayrağını endirərək öz bayraqlarını asıblar. Separatçı rejimin başçısı Sergey Baqapş ordusunun Kodor dərəsinin böyük hissəsinə nəzarəti ələ keçirdiyini və Gürcüstan sərhədi istiqamətində irəlilədiyini deyib. “Günün sonuna kimi əraziyə nəzarəti tam ələ keçirəcəyik”, - deyə S. Baqapş bildirib. Gürcüstan rəsmiləri S. Baqapşın açıqlamasına hələlik hər hansı münasibət bildirməyiblər. //APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar