SON XƏBƏRLƏR

Elçibəyin oğlu and içdi

2021.10.20, 07:36
Elçibəyin oğlu and içdi

Gunaz.tv
Elçibəyin oğlu and içdi qznokwxf.jpg Ötən gün eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut hərbi and içib. Bu haqda eks-prezidentin kürəkəni Aqil Səmədbəyli qəzetimizə məlumat verib. Onun sözlərinə görə, andiçmə mərasiminə Elçibəyin ailə üzvləri qatılıblar. Aqil bəy Ərtoğrulun özünü çox yaxşı hiss etdiyini və vətəninin keşiyində əsgər kimi durmaqdan fərəh hissi keçirdiyini söyləyib: “Hərbi nizam-intizamı Ərturqut çox tez mənimsəyib. O, yaxşı bir əsgər olacağına əmindir. Fiziki və mənəvi hazırlığı çox yüksək səviyyədədir. Gənc əsgər olmasına baxmayaraq, darıxmaq hissi ona yaddır”. Xatırladaq ki, Ərturqut bu il Bakı Kooperasiya Universitetini bitirib. Ali təhsilini tamamladıqdan sonra o, Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Ərturqut Əliyev hazırda hərbi xidmətini Daxili Qoşunların Gəncədəki "N" saylı hərbi hissəsində keçirir. Natiq bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar