SON XƏBƏRLƏR

Temur Yakobaşvili:

2021.10.20, 07:36
Temur Yakobaşvili:

Gunaz.tv
Temur Yakobaşvili: "Rusiyanın hərbi təyyarələri bu gün BTC-ni bombalamağa cəhd ediblər" "Xoşbəxtlikdən, bombalar kənara düşüb və kəmər zərər çəkməyib" Rusiyanın hərbi təyyarələri bu gün Bakı-Tiflis-Ceyhan neft kəmərini bombalamağa cəhd ediblər. Bu barədə bu gün keçirdiyi brifinqdə Gürcüstanın reinteqrasiya məslələri üzrə dövlət naziri Temur Yakobaşvili məlumat verib. Bu barədə "Novosti-Qruziya" məlumat yayıb. “Medvedevin qərarını atəşin dayandırılması kimi başa düşmək lazımdır. Amma bizim gördüyümüz kimi Rusiya bu gün BTC-yə hücum həyata keçirib. Xoşbəxtlikdən, bombalar kənara düşüb və kəmər zərər çəkməyib”, deyə Yakobaşvili bildirib. Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya da həmçinin jurnalistlərə bildirib ki, şuraya neft kəmərinin bombalanması barədə məlumat daxil olub. “Bizim mütəxəssislər hadisə yerinə gediblər”, deyə Lomaya bildirib. /ANS press/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar