SON XƏBƏRLƏR

Pekin 2008-də həmyerlilərimiz erməni güləşçilərini məğlub ediblər

2021.10.20, 07:36
Pekin 2008-də həmyerlilərimiz erməni güləşçilərini məğlub ediblər

Gunaz.tv
Pekin 2008-də həmyerlilərimiz erməni güləşçilərini məğlub ediblər 122.jpg Güləşçimiz Vitali Rəhimov erməni Armen Nazaryanı, Rövşən Bayramov isə Roman Amoyanı məğlub edərək finala vəsiqə qazanıblar Azərbaycan güdəşçiləri erməniləri məğlub ediblər. Pekin Olimpiya Oyunlarında yarışa başlayan daha iki Azərbaycan idmançısı finala vəsiqə qazanıb. Belə ki, güləşçimiz Vitali Rəhimov (60 kq) əvvəlcə Bolqarıstanı təmsil edən erməni Armen Nazaryanı (0:2; 3:0;7:0), sonra isə qazaxıstanlı Nurbatır Tengirbayıvevi məğlub edərək finala yüksəlib. Daha sonra Rövşən Bayramov (55 kq) əvvəlcə kubalı döyüşcünu, sonra isə Ermənistanı təmsil edən Roman Amoyanı (7:2; 4:1) məğlub edərək finala vəsiqə qazanıb. Final oyunları bu gün saat 14.00-dan sonra başlayacaq. Qeyd edək ki, bu gün daha bir cüdoçumuz, Mehman Əzizov da yarışa başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar