Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Rus ayısının maskası Rusiya nə qədər çalışsa da, sivil, normal, demokratik və beynəlxalq hüquqa riayət edən ölkə imicini qoruya bilmir. Zatən belə imic Kremlin maskasıdır. Rus ayısının sifətində isə sivil və normal məxluqun maskası heç vaxt uzun müddət qala bilməz: günlərin birində mütləq düşəsidir. Cənubi Osetiyadakı hadisələr son 7 ildə Rusiya rəhbərliyinin ciddi-cəhdlə qurduğu bütün yalançı sxemləri, nümayiş etdirdiyi saxta davranışları, verdiyi vədləri və səsləndirdiyi bəyanatları darmadağın etdi. Sxinvaliyə yeridilən rus tankları əslində orada gürcü hərbiçilərini yox, özlərini gələcəyini və Rusiyanın dünya birliyindəki imicini topa tutdular. İndi bütün dünya müasir Rusiyanın nə olduğunu aşkar görür. Ərazi bütövlüyünü bərpa etməyə çalışan Gürcüstanın Cənubi Osetiyadakı separatçı rejimə qarşı apardığı antiterror əməliyyatına Rusiyanın müdaxilə etməsi, 58-ci ordusunu Sxinvaliyə yeritməsi Kremlin özünün doğurduğu və tərbiyə etdiyi separatçıları dəstəkləməkdə nə qədər kobud, yöndəmsiz və həyasız davrandığını nümayiş etdirdi. Rusiyanın prezidenti Dmitri Medvedyev, sonra da baş nazir Vladimir Putinin "Cənubi Osetiyaya qoşun yeritməyimizin səbəbi Gürcüstanı sülhə vadar etməkdir" demələri açıq ironiya təsiri bağışlayırdı. Əgər Cənubi Osetiyadan çox kənarda olan Tiflis, Marneuli, Poti, Qardabani, Qori, Vaziani şəhərlərinin bombardman edilməsi Gürcüstanın "sülhə vadar edilməsi"dirsə, onda işğal, savaş və müharibə nədir? Rusiyanın xarici siyasəti maraqlıdır. Bu ölkənin xarici işlər naziri Sergey Lavrov BMT-nin Təhlükəsizlik Şurasında Kosovonun statusu müzakirə olunanda emosional vəziyyət alaraq demişdi: "Belə müzakirələr İkinci Dünya Savaşından sonra ilk dəfə olaraq hər iki tərəfin razılığı olmadan dövlət sərhədlərini dəyişmək cəhdidir. Bizim üçün "qırmızı xətt" beynəlxalq hüquq, dövlətlərin ərazi bütövlüyü problemləridir. Bu prinsiplər maraqlı tərəflərin qarşılıqlı razılığı olmadan əsla dəyişdirilə bilməz". Həmin bəyanatdan çox az vaxt keçib. İndi yenə də Sergey Lavrov bütün dünyanın gözü qarşısında Gürcüstanın ərazi bütövlüyünü heçə sayıl əvvəlcə Cənubi Osetiyaya, sonra da Abxaziyaya qoşun yeridən Kremlin vəkili rolunu oynamağa çalışır. Lavrov deyəsən bizi kar, kor və lal sayır. Gürcüstan şəhərlərini bombardman edən, dinc sakinləri qətlə yetirən Rusiya hərb maşınını işə salaraq Gürcüstanı tam işğal etmək niyyətini gizlətmək niyyətində deyil. Artıq aydındır ki, Rusiya nəhəng və ölçüsü naməlum neoimper ambisiyalarının daşıyıcısı, sərhədlərini sabiq Sovetlər Birliyinin hədlərinə çatdırmağı düşünən, postsovet məkanını "doğma və təbii maraq dairəsi" sayan aqressiv, avantürist, terror və separatizmi dəstəkləyən dövlətdir. Rusiya istəklərini reallaşdırmaq və hərisliyini söndürmək üçün istənilən cinayətə hazırdır. O öz vətəndaşları ilə bahəm, qonşu ölkələrdə yaşayan insanları qana boğmağa hazırdır və bunu hazırda nümayiş etdirir. Gürcüstanda rus təyyarələri, tankları və raketlərinin hədəfinə dönən insanların yeganə günahı isə onların öz ölkələrinin ərazi bütövlüyü uğrunda mübarizə aparmalarıdır. Rusiya Cənubi Osetiya və Abxaziyanı işğal edib. Lakin Moskva simasını, beynəlxalq birlikdə nüfuzunu, ən başlıcası isə Cənubi Qafqazı birdəfəlik itirib. Bundan sonra Gürcüstanın və gürcülərin Rusiyaya inam, etibar və ya sevgisindən danışmaq absurddur. Bundan sonra Azərbaycanda ağlı başında olan adamın Rusiyanı müttəfiq kimi görmək, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında Moskvaya bel bağlaması təhlükəli sadəlövhlükdür. Cənubi Osetiya və Abxaziyadakı hadisələr, Gürcüstan ərazisinin Rusiyanın hücumlarına məruz qalmasının nə ilə başa çatmasından asılı olmayaraq artıq Moskva uduzub. Postsovet məkanında ilk dəfə olaraq bir dövlət başqasının ərazisini işğal etməkdədir və bunu gizlətmədən edir. Əgər Ermənistan Azərbaycan rayonlarına qoşunlarını yeridəndə hadisələri hərc vəchlə pərdələməyə çalışırdısa, "orada erməni könüllülər vuruşur" deyirdisə, Moskva 58-ci ordusunun tankları Şimali və Cənubi Osetiyaları ayıran Rok tunelindən keçən kimi "biz Osetiyadayıq" dedi. Bu isə Rusiyanın Gürcüstanı tamamən və əbədi itirməsi deməkdir. Çünki Tiflisdə bundan sonra kimlərin hakimiyyətdə olmasına rəğmən, gürcülər öz şəhərlərinin bombardman edilməsini, həmvətənlərinin qətlə yetirilməsini heç vaxt unutmayacaq, Rusiyaya bağışlamayacaqlar. Osetiya və Abxaziya ilə bağlı hadisələr həm də Rusiyadakı müxalifətin bütünlüklə məhv olmasını, yalnız kağız üzərində fəaliyyət göstərməsini bütün çılpaqlığı ilə göstərdi. Çünki Marneuli, Qori, Marta, Tiflis şəhərlərinə bombalar atılanda rusiyalı müxalifətçilər Kremlin fəaliyyətini dəstəklədilər, "Gürcüstanın aqressiv və radikal hakimiyyət dairələrinin şovinizmi"ni pislədilər. Bu isə Rusiyada müxalifətin tabutuna çalınan son mıx oldu. İndi şimal qonşumuz olan dövlətdə demokratiya, insan haqları, azad fikir və düşüncənin son işartılarının tam söndüyünü demək olar. Milyonlarla rusiyalı Kremlin beynəlxalq hüququn bütün normalarını tapdamasını, qonşu dövləti işğal etməyə çalışmasını sakitcə izləyir. Çünki onlar Putin hakimiyyətinin xofunda qalaraq başlarını qaldıra bilmir, 1861-ci ildə təhkimçiliyin ləğvindən sonra ötən 148 ilə rəğmən vücudlarındakı tipik rus mujikliyini, kölə psixologiyasını çıxara bilmirlər. Rusiyalıların sakitliyi isə Kremlin Gürcüstandakı cinayətlərinə haqq qazandırılmalarıdır. Belədə Rusiyanın bütün postsovet məkanındakı terrorçu və separatçıları dəstəkləməsinə təəccüblənməyə dəyərmi? Gürcüstanda indi hüququn gücü gücün hüququna qarşı mübarizə aparır. Nəticədən asılı olmayaraq gürcülər qalibdir. Həsən AĞACAN [email protected]/* */ express
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
İranda dollar yenidən bahalaşmağa başladı
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər