SON XƏBƏRLƏR

Qafqaz ölkələri birliyi_Yusif Sevdimalı: "Bu birliyə qarşı çıxan Rusiyadır"

2021.10.20, 07:36
Qafqaz ölkələri birliyi_Yusif Sevdimalı: "Bu birliyə qarşı çıxan Rusiyadır"

Gunaz.tv
Qafqaz ölkələri birliyi Yusif Sevdimalı: "Bu birliyə qarşı çıxan Rusiyadır" Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan "Qafqaz ölkələri birliyi"nin yaradılması təklifilə çıxış edib. Bu məsələyə münasibət bildirən KXCP sədrinin siyasi məsələlər üzrə müavini Yusif Sevdimalı "OLAYLAR"a açıqlamasında bu təklifin yeni olmadığını deyib. Onun sözlərinə görə, bu təkliflə bir zamanlar Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy də çıxış edib: "Zaman-zaman Qafqaz birliyi ideyası olub. Bunu Çeçenistanın keçmiş prezidenti Cövhər Dudayev, Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy də səsləndirmişdi. Bu ideyaya qarşı çıxan birinci Rusiyanın özü oldu". Yusif Sevdimalı regionda beynalxalq qurumların fəaliyyət göstərdiyini diqqətə çatdıraraq belə birliyin yaradılmasına ehtiyac olmadığını deyib. O, bunun üçün bir çox ölkələrin etimad göstərdikləri beynəlxalq və regional təşkilatların nizamnamələrini işlək vəziyyətə gətirməyi daha məqsədəuyğun sayıb olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar