SON XƏBƏRLƏR

GÜNEYdə Azərbaycanlı tədqiqatçının kitabı nəşr olunub

2021.10.20, 07:36
GÜNEYdə Azərbaycanlı tədqiqatçının kitabı nəşr olunub

Gunaz.tv
Azərbaycanlı tədqiqatçının kitabı İranda nəşr olunub Gənc tədqiqatçı Ülviyyə Qasımlının işıq üzü görmüş "Azərbaycan dilinin Şimal və Cənub təzahürləri" kitabı bu günlərdə İranda fars əlifbası ilə nəşr edilib. Azərbaycan Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalının "OLAYLAR"İA-ya verdiyi məlumata görə, Azərbaycan dilinin Şimal və Cənub təzahürlərinin tədqiqinə həsr olunmuş əsərdə müəllif hər iki təzahür formasını konkret linqvistik və ekstralinqvistik faktlar əsasında müqayisə edib, dil quruculuğu baxımından zəruri təkliflər verib. Azərbaycan ədəbi dilinin Şimal və Cənub təzahürlərinin inteqrasiyası qarşısında dayanan ən böyük maneə kimi əlifba fərqini göstərən tədqiqatçı türkcənin fonetik quruluşuna uyğun gəlməyən ərəb qrafikalı əlifbanın Cənubda hələ də qalmasını yazılı ünsiyyətin milli bütövlüyünü pozmaqla yanaşı, Cənubda ədəbi dilin inkişafına mane olduğunu vurğulayır. Üç fəsildən ibarət olan kitabın elmi redaktoru Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərov, rəyçiləri isə professor Nizami Xudiyev və filologiya elmləri namizədi Pərvin Məmmədovdur. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar