SON XƏBƏRLƏR

Serj Sarkisyan İlham Əliyevi təbrik etdi

2021.10.20, 07:36
Serj Sarkisyan İlham Əliyevi təbrik etdi

Gunaz.tv
Serj Sarkisyan İlham Əliyevi təbrik etdi ilhameliyevpekindeolimpiada.jpg Rövşən Bayramovun Roman Amoyanı məğlub etməsindən sonra Ermənistan prezidenti Azərbaycan prezidentinin əlini sıxıb XXIX Yay Olimpiya Oyunlarında 55 kq çəkidə mübarizə Azərbaycan və Ermənistanın yunan-Roma güləşçiləri Rövşən Bayramovla Roman Amoyan arasındakı yarımfinal görüşünü hər iki ölkənin prezidenti də izləyib. ”APA-SPORT” agentliyinin məlumatına görə, Çin Kənd Təsərrüfatı Universitetinin idman zalında keçirilən qarşılaşmada R.Bayramovun prinsipial rəqibi üzərində qələbə qazanaraq, finala çıxmasından sonra dövlət başçısı Azərbaycan nümayəndə heyətinin digər üzvləri ilə birlikdə pəhləvanımızı alqışlamağa başlayıb. Bu zaman qarşıdakı cərgədə oturmuş Ermənistan prezidenti Serj Sərkisyan ayağa qalxaraq, Azərbaycan prezidentinin əlini sıxaraq onu təbrik edib. Qeyd edək ki, R.Bayramov finalda Nazir Mankiyevlə (Rusiya) qarşılaşacaq. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar