SON XƏBƏRLƏR

Gürcüstanda iki jurnalist həlak oldu

2021.10.20, 07:36
Gürcüstanda iki jurnalist həlak oldu

Gunaz.tv
Gürcüstanda iki jurnalist həlak oldu Rusiya aviasiyası Qorini yenidən bombalayır Bu gün səhər saatlarında Rusiya aviasiyası Gürcüstanın Qori şəhərini bombalamağa başlayıb. Lent.az-ın “İnterfax”a istinadən məlumatına görə, bombardman nəticəsində Qoridə iki jurnalist həlak olub. Gürcüstan parlamentinin deputatı Georgi Qabaşvili bildirib ki, Yunanıstan və Hollandiyadan olan jurnalistlər Qoridə bombardmanla üzləşiblər. “Exo Moskva” radiosunun xəbərinə görə, hədəfdə Qori telestansiyası olub. Bombardman nəticəsində Yunanıstan İctimai Televiziyasının müxbiri və gürcü operator həlak olub. Qeyd edək ki, Gürcüstan hökumət qoşunları Qorini dünəndən tərk edib. Burada olan qüvvələr paytaxt Tiflisin müdafiəsinə yönəldilib. LENT.AZ ------------------------------------------------------------------ Gürcüstan Kodor dərəsini əldən verdi Abxaziya separatçıları inzibati binaya öz bayraqlarını sancdılar Gürcüstan hökumət qoşunları Kodor dərəsinə nəzarəti əldən verib. Lent.az-ın “İnterfax” istinadən xəbərinə görə, Abxaziya separatçıları mühacirətdə olan Abxaziya (Gürcüstan meylli) hökumətinin Acara kəndində yerləşən inzibati binasına öz bayraqlarını sancıblar. Abxaziya separatçılarının lideri Sergey Baqapş bildirib ki, onun qoşunları Kodor dərəsinin böyük hissəsinə nəzarəti ələ keçirib. O, günün sonuna qədər dərəyə tam nəzarət edəcəklərini söyləyib. Gürcüstan hökuməti hələlik bu informasiyaya rəsmi münasibət bildirməyib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar