SON XƏBƏRLƏR

Azərbaycan Ordusunun daha bir əsgəri şəhid oldu

2021.10.20, 07:36
Azərbaycan Ordusunun daha bir əsgəri şəhid oldu

Gunaz.tv
Azərbaycan Ordusunun daha bir əsgəri şəhid oldu esgeratishma300508.jpg Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində 2007-ci ilin iyununda Cəlilabad rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Şəhriyar Salaməddin oğlu Baxışov Qazax rayonu ərazisində güllə yarası alıb və hadisə yerində keçinib. Cəlilabad rayon İcra Hakimiyyətinin Alar kəndi üzrə icra nümayəndəsi Hafiz Kərimovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Ş. Baxışov dünən anadan olduğu Alar kəndində dəfn edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat almaq mümkün olmayıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar