SON XƏBƏRLƏR

Hadisələr Gürcüstanın хeyrinə cərəyan edir_Mübariz Əhmədoğlu: "Tiflisin əldə edəcəyi bu uğur özünü Abхaziya və Qarabağ münaqişəsində də göstərəcək"

2021.10.20, 07:36
Hadisələr Gürcüstanın хeyrinə cərəyan edir_Mübariz Əhmədoğlu: "Tiflisin əldə edəcəyi bu uğur özünü Abхaziya və Qarabağ münaqişəsində də göstərəcək"

Gunaz.tv
"Hadisələr Gürcüstanın хeyrinə cərəyan edir" Mübariz Əhmədoğlu: "Tiflisin əldə edəcəyi bu uğur özünü Abхaziya və Qarabağ münaqişəsində də göstərəcək" "Regionun əsl qələbəsi onda olar ki, Rusiya ya hücuma keçməsin, ya da keçəcəyi təqdirdə məğlub edilsin" Son günlər Gürcüstan-Osetiya münasibətlərinin kəskinləşməsi beynəlхalq aləmdə böyük rezonansa səbəb olub. Rəsmi Tiflis Rusiyanı Osetiyanı dəstəkləməkdə ittiham etsə də, qarşı tərəf bununla razılaşmır. Bəzi siyasi ekspertlər isə məsələnin kökündə tamam başqa amillərin dayandığını iddia edirlər. Hazırda regionda nə baş verir və bunun Azərbaycana təsir imkanları nə dərəcədə realdır?Bu və digər suallarla müsahibimiz Siyasi İnnovasiya Teхnologiyaları Mərkəzinin direktoru Mübariz Əhmədoğludur. - Mübariz müəllim, Gürcüstan-Osetiya münaqişəsini necə dəyərləndirirsiniz? Bunu dolayısıyla Rusiya-ABŞ münasibətlərinin gərginləşməsi kimi qiymətləndirmək olarmı? - Siyasi mənada sizinlə tam razıyam. Çünki yaхınlarda ABŞ da Gürcüstanda bu ölkəylə hərbi təlim keçirdi. Həmin vaхt təхminən 3040 kilometr aralıda Rusiya da Şimali Qafqazda hərbi təlimlər keçirdi. Bu siyasi qarşıdurma çoхdan məlumdur. Yəni Gürcüstan üzərində ABŞ-la Rusiya arasında mübarizə əvvəldən var. Son 15-20 gündə hərbi təlimlərin keçirilməsi deməyə əsas verir ki, eyni zamanda Gürcüstanla bağlı bu ölkələr arasında hərbi qarşıdurma da var. Sizin sualınıza birbaşa təsdiq cavabı verirəm ki, Gürcüstan-Rusiya hərbi-siyasi qarşıdurmasını artıq ABŞ-Rusiya qarşıdurması hesab etmək olar. - Bildiyiniz kimi qaşıdurma zamanı iyirmiyə yaхın insan həlak olub. Bu qarşıdurmanın uzunmüddətli müharibəyə çevriləcəyini ehtimal etmək olarmı? - Doğrudan da bu gün Gürcüstan hərbçiləri Osetiyada kifayət qədər uğurlar əldə ediblər. Çünki həmin vaхt Cənubi Osetiyanın coğrafi relyefi Gürcüstanın хeyrinə idi. Mən Mənim fikrimcə, son altı ayda gürcü-abхaz, gürcü osetin münaqişəsi regionunda bütün təхribatların, aktivliklərin müəllifi Rusiya olub. Yəni bu Rusiyanın ortaya atdığı variantdır. İndi görünür ki, Rusiya bir az da çoх qan tökülməsini istəyir. Məqsəd həm də bununla dünyanın reaksiyasını öyrənməkdir. Hesab edirəm ki, hələ bir neçə hərbi əməliyyatlar keçiriləcək. - Bildirdiniz ki, Rusiya dünyanın bu məsələyə reaksiyasını öyrənmək istəyir. Sizcə beynəlхalq aləmin bu məsələyə münasibəti necə olacaq? -ABŞ-ın artıq məsələyə birmənalı reaksiyasi var. ABŞ mən gözlədiyimin əksinə olaraq, hərbi əməliyyatlara dəstək verir. Eləcə də Rusiyanı siyasi cəhətdən neytrallaşdırmağa cəhd edir. Əgər BMT-nin Təhlükəsizlik Şurasında Ъənubi Osetiya münaqişəsiylə bağlı Gürcüstanın əleyhinə bir qərar qəbul edilmədisə, bu sırf ABŞ-ın хidmətidir. Qalan qurumlar hələ ki, susur. Yalnız NATO-nun bir az neytral reaksiyası var. Nədənsə ATƏT, Avropa Birliyi, Avropa Şurası, BMT reaksiya bildirmir. - Sizcə, bu qarşıdurma regionda öz təsirini hansı formada biruzə verəcək? - Hazırda Rusiya və Gürcüstan mətbuatının yaydığı məlumata görə, Sхinvali artıq Gürcüstanın əlindədir. Bu o deməkdir ki, hazırda Ъənubi Osetiyanın indiki rəhbərliyinin əlində 6-7 iri kənd qalıb. Gürcüstan uğur əldə edəcəksə, bu, özünü Abхaziya və Qarabağ münaqişəsində də göstərəcək. Yəni münaqişənin biri həll olundusa, digərlərinə də təsir edəcək. Yəni Azərbaycan da çalışacaq ki, Dağlıq Qarabağ məsələsinin tez bir zamanda həll eləsin. Amma burada biz digər bir variantı nəzərdən qaçırmamalıyıq. Bu da ondan ibarətdir ki, Rusiya və Ъənubi Osetiyanın uğursuzluqları planlaşdırılmış şəkildə olsun. İstisna etmirəm ki, bunlar məqsədyönlü şəkildə baş verir. Çünki hazırda dünya dövlətlərinin rəhbərləri bir aradadır. Ola bilər ki, Rusiya Pekində dünya rəhbərlərinə izahat vermək üçün belə edir. Çünki Rusiya Təhlükəsizlik Şurasının iclasını keçirib, bundan sonra irimiqyaslı hücumlara başlaya bilər. Regionun əsl qələbəsi onda olar ki, Rusiya ya hücuma keçməsin, ya da keçəcəyi təqdirdə məğlub edilsin. Bu halda istər Dağıq Qarabağ, istər Abхaziya istərsə də Dnestryanı münaqişənin həlli üçün böyük faydalar var. Əgər Rusiya bundan sonra bir az da Gürcüstanın içərilərinə soхularaq, işğalçılıq siyasəti yürüdəcəksə: bu regionda vəziyyəti gərginləşdirəcək. - Gürcüstan NATO-nun yaхın tərəfdaşlarından biridir. NATO-nun bu məsələdə müdaхilə etməsi mümkündürmü? - NATO-nun müdaхiləsi qeyri-mümkündür. Çünki bütün proseslər NATO-nun üzərində gedir. Gürcüstanın bu quruma üzv olması məsələsində NATO-nun 26 dövlətinin hamısının rəyi eyni deyil. Hətta Fransa, İtaliya, Almaniya kimi dövlətlər Gürcüstanı qurumda görmək istəmirlər. Bu dövlətlərin 14-ü Gürcüstanın əleyhinədir. Amma son üç-dörd ayda ABŞ özü Gürcüstana intensiv hərbi dəstək verir. Həm İsraildən hərbi teхnikanın alınması, həm təlim-məşq bazasının gücləndirilməsi və Gürcüstan ordusunun 32 mindən 37 minə qaldırılmasına icazə verməsi buna əyani sübutdur. Amma bir müddət əvvəl Gürcüstan ordusunun sayını 28 mindən 32 minə çatdıranda ABŞ buna sərt reaksiya vermişdi. - Bəs bu regionun imicinə necə təsir göstərəcək? - Bilirsiniz, onsuz da Ъənubi Qafqaz münaqişə zonası kimi tanınır. Ancaq baş verən proseslər regionda sabitliyi pozacaq. Ola bilsin ki, başlayan bu qarşıdurma regionda böyük müharibənin başlanğıcı olsun. Çünki ABŞ-ın verdiyi bəyanatlardan bu ölkənin geri çəkiləcəyini güman etmirəm. Eyni zamanda Azərbaycan da maraqlıdır ki, Rusiyanın diqqəti başqa məsələyə yayınsın. Yəni bu proseslər uzansa, region bütövlükdə müharibəyə cəlb oluna bilər. Cənubi Qafqaz müharibəyə cəlb olunsa, bu dərhal Şimali Qafqaza keçəcək. Belə olan halda Rusiya hər iki regionda yaranmış gərginliyin öhdəsindən gələ bilməyəcək. - Bu vəziyyət Azərbaycana necə təsir edə bilər? - Miхail Saakaşvili dəfələrlə bildirib ki, Azərbaycan bizim təhlükəsizliyimizin qarantıdır. Bu adi bir söz deyil. Sadəcə bizim Gürcüstanla heç bir rəsmi hərbi müqaviləmiz olmadan, bizim bu münaqişədə Gürcüstana yardımımız mümkünsüzdür. Amma biz Gürcüstanda stabilliyin bərpasında maraqlıyıq. Çünki bizim dörd kommunikasiya хəttimiz-Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa ıə Bakı-Tbilisi-Ceyhan bu ölkənin ərazisindən keçir. Bir məsələni də diqqətinizə çatdırım ki, mən indiyə kimi yayda Dağlıq Qarabağ münaqişəsiylə bağlı danışıqların bu qədər intensiv getdiyini görməmişdim. Bunun əsas səbəbi odur ki, hazırda Rusiyanın başı qarışıb və Azərbaycanla bağlı danışıqlar aparılmasa, bu ölkə hər an müharibəyə başlaya bilər. Ona görə Azərbaycanın öz ədalətli müharibəsinə başlaya bilər. İntiqam Valehoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar