SON XƏBƏRLƏR

AZƏRBAYCAN PEKİN OLİMPİADASINDA MEDAL QAZANAN ÖLKƏLƏR ARASINDA 12-Cİ YERİ TUTUR

2021.10.20, 07:36
AZƏRBAYCAN PEKİN OLİMPİADASINDA MEDAL QAZANAN ÖLKƏLƏR ARASINDA 12-Cİ YERİ TUTUR

Gunaz.tv
AZƏRBAYCAN PEKİN OLİMPİADASINDA MEDAL QAZANAN ÖLKƏLƏR ARASINDA 12-Cİ YERİ TUTUR olimpiya-1.jpg Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında indiyədək 34 dəst medalın sahibləri müəyyənləşib. Hələlik 34 qızıl, 34 gümüş və 40 bürünc medalı 40 ölkə təmsilçisi əldə edib. Mükafatlar 38 növdən yalnız 7-də - oxatma, velosiped idmanı, suyatullanma, qılıncoynatma, cüdo, atıcılıq, üzgüçülük və ağırlıqqaldırma üzrə qazanılıb. Pekin Olimpiadasına 44 idmançı ilə qatılan Azərbaycan yığması hələlik aktivinə bir qızıl medal yazıb. 73 kq çəkidə yer alan cüdoçumuz Elnur Məmmədlinin bu gün qazandığı ən yüksək əyarlı medal sayəsində Azərbaycan medalçı ölkələr arasında 12-ci pillədə yer alıb. Hindistan, Rumıniya və Tailandın da eyni sayda qızıl medalı var. Hazırda ölkəmiz medal əyarına görə Rusiya, Fransa, Kuba, Almaniya, Türkiyə, Argentina, Belarus kimi böyük idman dövlətlərini geridə qoyur. /APA/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar