SON XƏBƏRLƏR

TÜRKİYƏNİN BAŞ NAZİRİ QAFQAZ İTTİFAQI YARADILMASI TƏŞƏBBÜSÜ İLƏ ÇIXIŞ EDƏCƏK

2021.10.20, 07:36
TÜRKİYƏNİN BAŞ NAZİRİ QAFQAZ İTTİFAQI YARADILMASI TƏŞƏBBÜSÜ İLƏ ÇIXIŞ EDƏCƏK

Gunaz.tv
TÜRKİYƏNİN BAŞ NAZİRİ QAFQAZ İTTİFAQI YARADILMASI TƏŞƏBBÜSÜ İLƏ ÇIXIŞ EDƏCƏK erdogan-1.jpg Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qafqaz İttifaqı yaradılması təşəbbüsü ilə çıxış edəcəyini söyləyib. R. T. Ərdoğan Balkan ölkələri arasında diplomatik və hərbi əməkdaşlığı xatırladaraq Qafqazda da belə bir əməkdaşlıq qurulması təklifi ilə çıxış edəcəyini deyib. Jurnalistlərin “ittifaqda Rusiya da təmsil olunacaqmı” sualına o, “bəli, Rusiyasız olmaz”, deyə cavab verib. R. T. Ərdoğan Rusiyanın baş naziri Vladimir Putinə zəng edərək Qafqazda yaranmış vəziyyəti onunla müzakirə edəcəyini bildirib. Jurnalistlərin Bakı-Tiflis-Ceyhan boru kəmərinə qarşı təxribatla Ərzincanda türk əsgərlərinə qarşı terror aksiyası arasında əlaqə olub-olmadığına dair sualını baş nazir belə cavablandırıb: “Bu ehtimalı düşünmək də istəmirəm”. /APA/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar