SON XƏBƏRLƏR

DMİTRİ MEDVEDYEV: “RUSİYA QAFQAZDA HEÇ VAXT PASSİV MÜŞAHİDƏÇİ OLMAYACAQ”

2021.10.20, 07:36
DMİTRİ MEDVEDYEV: “RUSİYA QAFQAZDA HEÇ VAXT PASSİV MÜŞAHİDƏÇİ OLMAYACAQ”

Gunaz.tv
DMİTRİ MEDVEDYEV: “RUSİYA QAFQAZDA HEÇ VAXT PASSİV MÜŞAHİDƏÇİ OLMAYACAQ” dmitriy_medvedev-1.jpg “Rusiya Qafqazda heç vaxt passiv müşahidəçi olmayacaq”. Bu sözləri prezident Dmitri Medvedev parlament partiyalarının rəhbərləri ilə görüşündə bəyan edib. O bildirib ki, Rusiya tarixən Qafqaz xalqlarının təhlükəsizliyinin qarantı olub: “Bu, bizim missiyamız və vəzifəmizdir”. ---------------------------------------------------------------------- AVROPA ŞURASININ BAŞ KATİBİ VƏ NAZİRLƏR KOMİTƏSİNİN SƏDRİ TİFLİSƏ SƏFƏR EDƏCƏK Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədri, İsveçin xarici işlər naziri Karl Bildt və AŞ-nin baş katibi Terri Devis bu gün Gürcüstana səfər edəcəklər. AŞ-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, onlar münaqişənin sülh yolu ilə həllinin tapılması üçün göstərilən beynəlxalq cəhdlərə töhfə vermək üçün Gürcüstan hakimiyyəti ilə danışıqlar aparacaqlar. Qeyd edək ki, AŞ PA prezidenti Luis Maria de Puç AŞ-nin iki üzv dövləti olan Gürcüstan və Rusiya arasında baş verən irimiqyaslı hərbi əməliyyatlarla bağlı narahatlığını ifadə edib. O, münaqişə zonasında meydana gələn irimiqyaslı fəlakətlərdən təəssüfləndiyini, Rusiyanın sülhməramlı mandatından son dərəcə uzaq olan hərbi fəaliyyətindən narahat olduğunu vurğulayıb. AŞ PA prezidenti tərəfləri hərbi əməliyyatları dayandırmağa və siyasi dialoqa başlamağa, Rusiyanı isə Cənubi Osetiyadakı mandatından kənara çıxan fəaliyyətini dayandırmağa çağırıb. /APA/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar