SON XƏBƏRLƏR

Ekspertlər: “Rəsmi Bakı ərazi bütövlüyünü təmin etməyə çalışacağı təqdirdə, Rusiya Azərbaycana qarşı da analoji addımlar atacaq”

2021.10.20, 07:36
Ekspertlər: “Rəsmi Bakı ərazi bütövlüyünü təmin etməyə çalışacağı təqdirdə, Rusiya Azərbaycana qarşı da analoji addımlar atacaq”

Gunaz.tv
Ekspertlər: “Rəsmi Bakı ərazi bütövlüyünü təmin etməyə çalışacağı təqdirdə, Rusiya Azərbaycana qarşı da analoji addımlar atacaq” azeri_bayraq.jpg Rusiyanın Gürcüstana qarşı başladığı hərbi əməliyyatlar rəsmi Moskvanın uzun illər boyu yürütdüyü siyasətin tərkib hissəsidir. Bunu Gürcüstanda baş verənləri şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik İldırım Məmmədov bildirib. Hazırda Gürcüstan ordusunun döyüş hazırlığının yüksək səviyyədə olduğunu qeyd edən rusların məruz qaldığı hərbi itkiləri bunun sübutu adlandırıb: «Rusiya hələ əməliyyatlar başlamazdan öncə Şimali Qafqaza - Gürcüstan və Azərbaycanla sərhədə 350 min nəfərlik canlı qüvvə cəmləşdirmişdi. Bu günlərdə keçirilən «Qafqaz-2008» təlimlərində də Qafqazda hərbi əməliyyatlar ssenarisi nəzərdən keçirilib. Fikrimcə, ruslar Gürcüstanda hərbi cəhətdən heç bir nailiyyət əldə edə bilməyəcəklər. Bu gün Gürcüstan Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB-də ilk yerlərdə dayanır. Artıq son məlumatlara görə, rus ordusu 150-dək hərbçi itirib, yüzlərlə əsgəri yaralanıb, hərbi texnikaları məhv edilib». Hərbi ekspertin sözlərinə görə, Rusiya hər vasitə ilə Gürcüstandan keçən beynəlxalq enerji və nəqliyyat dəhlizlərini vurmağa çalışır: “Bu məsələdə əsas diqqət Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzrum qaz kəmərlərinə yönəldilib”. Yaranmış vəziyyəti şərh edən hərbi ekspert Azad İsazadə isə hesab edir ki, Gürcüstanla müharibəyə başlamaqla, Rusiya bütün beynəlxalq müqavilələri pozub, işğalçılıq siyasətini açıq ortaya qoyub. Ekspertin fikrincə, Gürcüstan son məqamda Cənubi Osetiyaya nəzarəti təmin edə bilməsə də, Rusiyanın regionda sülhməramlı mandatının alınıb, başqa dövlətə verilməsinə çalışacaq. A. İsazadə hazırda Gürcüstan qoşununun kifayət qədər gücü olduğunu, ruslara qarşı müqavimət göstərə biləcəyini vurğulayıb: «Bunu rusların itkiləri də sübut edir. Hazırda Gürcüstanda ordu müqavilə əsasında peşəkarlardan formalaşdırılır. Döyüşlər uzun müddət davam edərsə, Gürcüstan ordusunun mövcud hərbi hissələrinin keyfiyyəti aşağı düşəcək, çağırışçılardan ibarət orduya keçid olacaq». Hərbi ekspert Yaşar Cəfərli isə regionda yaranmış situasiyanın bu cür inkişaf edəcəyi təqdirdə, Azərbaycanın da bu proseslərə qoşulacağını istisna etməyib: «Rusiya əvvəldən hərbi əməliyyatların başlanmasına cəhd göstərib. Hazırda əməliyyatlarda Rusiya və Gürcüstanla yanaşı, ərazisini ruslara təqdim edən Ermənistan da iştirak edir. Vəziyyət bu cür inkişaf edərsə, Azərbaycanın da Cənubi Qafqazda baş verən bu proseslərə qoşulması qaçılmaz olacaq». Ekspert hazırkı şəraitdə eyni təhlükənin Azərbaycanı da gözlədiyini qeyd edib: «Azərbaycanın iqtisadi imkanlarının artması Rusiyanı qıcıqlandırır. Rusiya istənilən an Azərbaycana hücum edə bilər». Ekspertlər Rusiya tərəfindən analoji addımın rəsmi Bakı Qarabağda ərazi bütövlüyünü təmin etməyə çalışacağı təqdirdə Azərbaycana qarşı atılacağına da şübhə etmirlər. Hərbi ekspert İ. Məmmədovun sözlərinə görə, bu gün Rusiyanın Dağlıq Qarabağla bağlı 10-dək hərbi ssenarisi mövcuddur: «Ona görə də bu gün separatçılar və onları dəstəkləyən Rusiya ilə mübarizədə Gürcüstanı tək qoymaq olmaz». A. İsazadə də eyni ssenarinin Qarabağda tətbiqini mümkün sayıb. Ekspertin sözlərinə görə, Qarabağda Rusiyanın birbaşa müdaxiləsi mümkün olmasa da, bu, Ermənistana yardımların artırılması vasitəsi ilə mümkündür. /APA/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar