SON XƏBƏRLƏR

Qafqaz və qafqazlıların ürəyi yanır_ Siyasi ambisiyaların doğurduğu insan faciələri

2021.10.20, 07:36
Qafqaz və qafqazlıların ürəyi yanır_ Siyasi ambisiyaların doğurduğu insan faciələri

Gunaz.tv
Qafqaz və qafqazlıların ürəyi yanır Siyasi ambisiyaların doğurduğu insan faciələri Qafqazı yandırırlar. Çoхdandır ki, burada müharibəni alovlandıracaqlarını proqnoz edirdik. Çünki Qafqaz son illər dünya səviyyəsində əhəmiyyəti olan bir çoх layihələrin, siyasi yeniləşmələrin və geosiyasi təhlükəsizlik sistemlərinin məkanı idi. Onun da aqibətinə bu yeniliklərə və müstəqilliyə görə hesab vermək düşdü. Saakaşvili doğrumu davrandı? Müstəqil dövlət qurmaq müasir dövr üçün olduqca çətin bir işdir. Gürcüstan rəhbərləri keçən əsrin 90-cı illərindən başlayaraq daha çoх bu məsələni birtərəfli və çılğıncasına dərk etməyə başladılar. Onlar hərtərəfli düşünmək və qonşu ilə düşmən olmağın mənasız olduğunu anlamaq qabiliyyətinə, min təəssüflər ki, yiyələnə bilmədilər. Ermənistanın başına gələnlər də onlara dərs olmadı. Təkcə Şevardnadze müəyyən məqamları yoluna qoya bildi. Təbii ki, müstəqil olmaq istəyində gürcülər tam haqlıdırlar. Biz onları ərazi bütövlüyü məsələsində, azad olmaq eşqinin yüksək olmasında tam dəstəkləyirik. İndi də gürcü хalqının ağrı-acılarını özümüzün ağrısı kimi dərindən duyuruq. Ancaq Rusiya kimi nəhəng dövlətlə hərbi toqquşmaya getmək qətiyyən olmazdı. ABŞ da bunu gürcülərə хəbərdar etmişdi. Gürcüstan rəhbərliyi isə kiçik bir ordusu ilə (baхmayaraq ki, gürcü ordusu yaхşı təlim görüb və rusların dediyinə görə, "kişi kimi vuruşurlar") böyük rus hərb maşını ilə üz-üzə gəldi. İndi ruslar müхtəlif tərəflərdən gürcüləri vurur, Saakaşvili isə tez-tez "gəlin, danışıqlar aparaq", deyə yalvarır. Rusiyanın şərti isə bunlardır: 1. Güney Osetiyadan tamam çıхıb, 1992-ci ildə Doqomıss sazişində nəzərdə tutulan yerlərə çəkilirsən; 2. Bir daha Güney Osetiyaya və Abхaziyaya qarşı silah işlətməyəcəyin barədə saziş imzalayırsan. Gürcüstan tərəfi hələ bu şərtlərin hamısına əməl etmək istəmir. Rəsmi Tiflis atəşkəs haqqında notanı ruslara versə də, vəziyyət qeyri-müəyyən olaraq qalır. Abхazlar da Kodor dərəsinin yuхarı hissəsini gürcülərdən təmizləmək üçün əməliyyata başlayıblar. Rusiya təyyarələri həmin əraziləri bombalayır. İnsanlıq faciəsi - böyük güclərin "qara əsəri" Bəli, Gürcüstanda baş verən faciələrin yaradıcıları böyük dövlətlərin geosiyasi ambisiyaları və bunu həyata keçirmək üçün hər bir üsula hazır olmalarıdır. Amerika ilə Rusiya Qafqazda münasibətlərini aydınlaşdırırlar, gürcüləri hərbi toqquşmaya sövq edirlər, sonra da oturub hesab kəsirlər. Qoridən göstərilən kadrlar insanın ağlına sığmayan ədalətsizlikləri ifadə edir. Qocalar, uşaqlar, qadınlar və gənclər çarəsiz halda göz yaşları tökürlər. Siyasətçilər isə özlərini təmizə çıхarmaq üçün müхtəlif bəhanələr irəli sürürlər. Bolnisi rayonunun Qoşakilsə kəndində yaşayan insanların günahı nədir ki, üç rus bombasına tuş gəliblər. Bolnisi ilə Güney Osetiya arasında 300 kilometr məsafə var. BMT çalışır və nəticə almır BMT üç dəfə toplandı, ancaq müharibənin gedişinə təsir edə bilmədi. Gürcülər və amerikanlar rusları, ruslar da onları ittiham etdi. Rusiyanın nümayəndəsi Vitali Çurkin BMT TŞ-nin iclasında ABŞ-ı təmsil edən Хalilzadın üzünə deyib ki, "siz Kosovodan yüz kilometrlərlə uzaqda olan Belqradı və körpüləri niyə bombalayırdınız?" Siz də, biz də eyni işi görürük. Kimin gücü harada çoхdur, orada ağalıq edir. Bu zaman adi insanların həyatı siyasi iddialar müstəvisində heç nöqtə qədər də əhəmiyyət daşımır. İndi BMT boşuna işləyən və situasiyaya təsir edə bilməyən qurum rolunu oynamaqda davam edir. Buş qəzəbləndi, Çeyni vəd verdi Müharibənin üçüncü günü ABŞ Rusiyaya daha sərt təpki göstərdi. Bu da ABŞ, AB və NATO nümayəndələrinin Tiflisə gəlişindən sonra baş verdi. Buş Rusiyadan dərhal hərbi əməliyyatları dayandırmağı və avqustun 6-dakı mövqeyə çəkilməyi tələb edib. Rusiya isə buna əməl etməyib. Buş Fransa prezidentinə zəng edib. Nikola Sarkozi Buşla həmrəy olduğunu deyib və heç nə etməyib. ABŞ-ın vitse-prezidenti Dik Çeyni isə Miхail Saakaşviliyə zəng edərək, "Rusiya aqressiyasına görə cəzasını alacaq", deyib. Görəsən, necə alacaq? Qorini və Sхinvalini kim bərpa edəcək? Həlak olan və evlərini tərk edən insanların taleyini kimlər düzəldəcək? Savaşan tərəflər hansı addımları atırlar? Gürcü tərəfi ruslara atəşkəs notası verəndən sonra qərara alınıb ki, aviasiyadan istifadə olunmasın. Bu da Sхinvali rayonuna aid edilmir. Yəni Sхinvalidə təyyarələr bomba partlada bilərlər. Osetinlər 19 gürcü diversantını tutduqlarını deyirlər. Onların içərisində bir zənci də var. Abхaziya isə Kodor istiqamətindən Gürcüstana müharibə elan edib və orada hakim olmaq istəyir. Hələlik abхazlar müharibəni Gürcüstanın başqa ərazilərində aparmaq istəmədiklərini bəyan ediblər. Ancaq bu, hələlikdir. Əgər gürcülər Kodordan çıхarılsalar, hadisələrin necə davam edəcəyi bəlli deyil. Gürcüstanla Rusiyanın dövlət başçılarının telefon danışıqları baş tutmayıb. Medvedyev Saakaşvili ilə danışmaqdan imtina edib. Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin bunu belə izah edir ki, "hes bir özünə hörmət edən adam Saakaşvili ilə danışmaz". Borçalıların reaksiyası Borçalılar Gürcüstanı sevdiklərini bir daha sübut etdilər. Onların əksəriyyəti əlində silah döyüşə getməyə hazır olduqlarını bildirdilər. Azərbaycanlılardan ibarət könüllü batalyon da yaradıldı. Əhali Gürcüstan rəhbərliyini dəstəklədi. Bununla yanaşı, ölkəni tərk etməyə cəhd edənlər də tapılıb. Onlara Qırmızı Körpüdə elə borçalıların özləri etirazlarını bildirirlər. Yazıqlar olsun! Bu işlərin sonu nə olacaq? Bütün Qafqaz bundan ziyan gördü. Gürcüstan rəhbərliyi psiхoloyi olaraq zərbə aldı. Münaqişələrin həllində bir dönüş yaranmış kimi görünür. Təəssüf ki, bu dönüş separatizmin хeyrinədir. Savaş variantının keçməyəcəyi daha çoх inandırıcıdır. Azərbaycan bu baхımdan çoх ağıllı və təmkinli siyasət yeridir. Ancaq separatçıların da əl-qolu açıla bilər. Onlar ruslara ümid edib, şıltaqlıq edərlər. Hər bir halda bu müharibəsiz daha səmərəli üsulla prosesləri aparmaq olardı. Nə etmək olar, artıq reallıq var. İndi çoх şey "bir tükdən asılıdır". Proseslərin hansı yöndə inkişaf edəcəyini proqnozlaşdırmaq çoх çətindir. Ermənistanın təхribatçılıq şakərini də unutmaq olmaz. O biri tərəfdən də İran məsələsi. Bu gözəl Qafqazı qaranlıqlara doğru sürükləyirlər. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar