SON XƏBƏRLƏR

Rusiya, BMT Təhlükəsizlik Şurasının gürcü-osetin münaqişəsinə dair layihəsini rədd edib

2021.10.20, 07:36
Rusiya, BMT Təhlükəsizlik Şurasının gürcü-osetin münaqişəsinə dair layihəsini rədd edib

Gunaz.tv
Rusiya, BMT Təhlükəsizlik Şurasının gürcü-osetin münaqişəsinə dair layihəsini rədd edib 20080812144100_1.jpg BMT Təhlükəsizlik Şurasında gürcü-osetin münaqişəsinə həsr olunmuş dinləmələr nəticəsiz başa çatıb. Fransalı diplomatların konfliktin həll edilməsinə dair hazırladığı layihəni Rusiyanın nümayəndə heyəti rədd edib. Fransalı diplomatlar jurnalistlərə bildiriblər ki, onların təklif etdiyi layihədə münqaqişənin həlli üçün üç təklif irəli sürülüb: hərbi əməliyyatların qeyd-şərtsiz dayandırılması, Rusiya Ordusunun Cənubi Osetiya ərazisindən çıxarılması və Gürcüstanın ərazi bütövlüyünün bərpası, hərbi əməliyyatlar zamanı zərər çəkmiş insanlara yardım göstərilməsi. «Reuters» informasiya agentliyinin yaydığı məlumata əsasən, BMT Təhlükəsizlik Şurasının üzvü kimi veto hüququna malik olan Rusiyanın nümayəndə heyətinin rəhbəri Vitali Çurkin sənədi qaytararkən bəyan edib ki, «layihə rəsmi Moskvanın maraqlarına cavab vermir, bəzi müddəalarına görə «çiy»dir. Çünki həmin müddəalarda gürcü hərbçilərinin təcavüzü və törətdiyi özbaşınalıqlar barədə heç nə deyilmir». V.Çurkin ümidvar olduğunu bildirib ki, layihəyə yenidən baxılacaq və sənəd Moskvanın maraqlarına uyğun olacaq. ANS PRESS 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar