SON XƏBƏRLƏR

Gürcüstanın paytaxtı Tiflis bütün gecəni yatmayıb

2021.10.20, 07:36
Gürcüstanın paytaxtı Tiflis bütün gecəni yatmayıb

Gunaz.tv
Gürcüstanın paytaxtı Tiflis bütün gecəni yatmayıb Gürcüstanın paytaxtı Tiflis bütün gecəni yatmayıb. Bu barədə "Novosti-Qruziya" agentliyi məlumat yayıb. Gecə Tiflisdə şayiə yayılıb ki, rus qoşunları şəhərə girirlər - ətraf rayonların sakinləri qohumları və yaxınlarına zəng edərək deyiblər ki, tankları öz gözləri ilə görürlər. Prezident Mixail Saakaşvili televiziya ilə çıxış edərək vətəndaşları sakitləşdirib və bildirib ki, təhlükə yoxdur. Tanklar isə şəhərin müdafiəsini təşkil edən Gürcüstanın Müdafiə Nazirliyinə məxsusdur. Amma bu vaxtadək yüzlərlə Tiflis sakini bütün mümkün yollarla şəhəri şərq istiqamətində tərk edib. Səhər artıq Tiflis küçələrində çox az maşın görünür. Saat 10.00-a olan məlumata görə - şəhərdə yalnız ərzaq mağazaları, apteklər, ictimai nəqliyyat işləyir, şəhərdə sakitlikdir. Şəhərdən çıxmaq istəyən bir qism əhali öz evlərinə qayıdıb. ölkənin bankları hökumətin qərarı ilə avqustun 12-si qapalı olacaq. Müvəqqəti olaraq bütün əməliyyatlar və kredit kartları xidməti dayandırılıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə şəhərdə gecə sakit keçib. “Son dörd-beş gün ərzində - bu, ən sakit gecə idi”, deyə ölkə daxili işlər nazirinin müavini Eka Zquladze bildirib. Onun sözlərinə görə, rus qoşunları gecə ərzində yerdəyişmə həyata keçirməyib, Zuqdidi və Qoridəki əvvəlki mövqelərində qalıblar. DİN təmsilçisi Tsxinvali və Kodor dərəsindəki hazırkı vəziyyəti heç cür şərh etməyib. “Gecə qoşunların yerdəyişməsi qeydə alınmayıb, bizdə onların irəliləməyə hazırlaşdıqları barədə məlumat yoxdur”, deyə Zquladze qeyd edib. Onun sözlərinə görə, rus hərbçiləri zəbt etdikləri yaşayış məntəqələrində yerli əhali ilə əlaqəyə girmirlər və orada vəziyyət sakitdir. Eka Zquladze qeyd edib ki, avqustun 12-si səhər Gürcüstanda “diplomatik səviyyədə qələbə hissi yaranıb”. Gürcüstana beş ölkənin prezidenti və iki ölkənin baş naziri Gürcüstana gəlir. Prezident isə əhaliyə söz verib ki, paytaxtda təhlükə yaranacağı təqdirdə “12 saat” əvvəldən xəbər verəcək. Saat 13.00-da isə prezident parlamentin növbədənkənar iclasını çağırıb, saat 15.00-da isə Saakaşvili paytaxt sakinlərini Rustaveli prospektindəki həmrəylik mitinqinə gəlməyə səsləyib. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar