Millət vəkilləri nazirin impiçmentini tələb edirlər
İran məhkəməsi daha bir etirazçı barədə ölüm hökmü çıxardı
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
XİN "İsrail ordusunun Azərbaycanda yerləşdirilməsinə" münasibət bildirdi
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Keçmiş baş nazir xəstəxanaya köçürülüb
Rumıniyanın Konstansa limanında PUA partlayıb
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Maku sakini Naci Şərifi Zindəşti ilə Maku Azad Ticarət Zonasının baş direktoru arasında baş tutan görüşü ifşa etdiyinə görə saxlanılıb
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
Araz Əmani Nadarli Təbriz Mərkəzi Həbsxanasına köçürülüb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İran parlamenti sədrinin müavini Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
ABŞ blokadasından sonra İranın neft ixracı kəskin azalıb
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
ABŞ Hörmüz boğazında mina təmizləmə əməliyyatının əksər hissəsini başa çatdırıb
İran qonşularına hücumdan təbliğat kimi istifadə edir- Bin-Taleblu
İranda ekiz qardaşlar edam ediləcək
İranda siqaret çəkən qızların sayı kəskin artıb
İranla qarşıdurmada qələbə qaçılmazdır - Tramp
Zelenski Putinə məktub göndərdi
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
Apple Rusiyanın “Max” tətbiqini App Store-dan çıxardı
Atəşkəs razılaşmasından sonra İsrailin Livanın cənubuna hücumları davam etdi
İranın 440 kiloqram zənginləşdirilmiş uranı haradadır? Agentlik Tehrandan təcili cavab istəyib
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib
ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransından Azərbaycan liderinə təbrik ünvanlanıb
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
"Hizbullah" Livan və İsrail arasında atəşkəs sazişini rədd edib
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Böyük Britaniyada İranla əlaqəli olduğu bildirilən qətl planı üzrə yeniyetmənin məhkəməsi başlayıb
Beynəlxalq Əfv Təşkilatı İranda edamlara görə bəyanat yaydı
Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib
Həbsdə olan Müjdə Haşimi Bazərgani saxlanılarkən məruz qaldığı zorakılıq və təzyiqlərdən danışıb
Əhvazda 3 siyasi məhbus edam ediləcək
KİV: İranda vurulan ABŞ F-15E təyyarəsi ehtimal ki, Çin istehsalı raketlə vurulub
WSJ: Tramp yalnız ABŞ hərbçiləri həlak olacağı halda, İranla sazişdən imtina edəcək
Tehranda qadın rejissor həbs edilib
Rubio 2026-cı ildə Türküstan ölkələrinə səfər edəcək
Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq
Rusiya ilə Gürcüstan arasında müharibə davam edir və Azərbaycan üçün də olduqca təhlükəli vəziyyət yaradır. Dünən Rusiya aviasiyası Gürcüstan ərazilərinə yenidən intensiv bomba zərbələri endirib. Bu dəfə hava hücumları daha da şiddətlənib və Rusiya təyyarələri ölkənin bir sıra hərbi və mülki infrastrukturlarına, o cümlədən Azərbaycan sərhədlərinin yaxınlığındakı Kaxeti hərbi aerodromuna güclü raket-bomba zərbələri endiriblər. Aerodromonun necə bombardman edildiyini Azərbaycanın Zaqatala rayonunun sakinləri də müşahidə edə biliblər. Bomba partlayışlarının səsi Azərbaycanın Gürcüstanla həmsərhəd yaşayış məntəqələrində də eşidilib. Gürcü mənbələri Kaxetini vuran Rusiya təyyarələrinin Azərbaycan hava məkanında manevr etdiklərini bildirir. Xəbər verildiyi kimi, Gürcüstan avqustun 10-da öz qoşunlarını Cənubi Osetiyadan bütünlüklə çıxardığını elan edib. Prezident Mixail Saakaşvili atəşin birtərəfli qaydada dayandırılmasını əmr edərək Rusiyaya atəşkəs haqda nota verib. Lakin Rusiya bu notaya məhəl qoymur və Gürcüstan üzərinə havadan, qurudan və dənizdən hücumları davam etdirir. Rusiya az qala bütün hərbi potensialını Gürcüstana qarşı işə salıb və belə görünür ki, rusların məqsədi bu kiçik Qafqaz ölkəsini bütünlüklə diz çökdürüb nəzarət altına almaqdır. Gürcüstan Xarici İşlər Nazirliyindən “Frans press” agentliyinə verilən məlumatda deyilir ki, ölkə ərazisinin bombardman edilməsində eyni vaxtda 50-dən çox Rusiya təyyarəsi iştirak edir. Məlumata görə, dünən gecə Rusiya təyyarələri paytaxt Tiflisin yaxınlığındakı qədim Kocori kəndinə zərbə endiriblər, bombalardan biri isə Tiflisin Mahat dağları rayonuna düşüb. Hərbi əməliyyatların gedişi haqda rəsmi xronikanı açıqlayan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, avqustun 11-nə keçən gecə, habelə dünən səhərdən başlayaraq Rusiya aviasiyası Gürcüstanın bir neçə yaşayış məntəqəsinə zərbələr endirib. Nazirliyin rəsmi nümayəndəsi Şota Utiaşvilinin bildirdiyinə görə, bomba zərbələrinə Tiflisin ətraf məhəllələri, Batumi, Poti limanları və Zuqdudi şəhəri məruz qalıb. Ölənlərin və yaralananların sayı haqda məlumat yoxdur. Utiaşvili bildirib ki, rus tankları dünən səhər Cənubi Osetiya istiqamətindən Qori şəhərinə doğru hücuma cəhd ediblər, lakin bu cəhdin qarşısı alınıb. Xatırladaq ki, Qori şəhəri neçə gündür ki, bombalanır, şəhərdən 30 mindən çox sakin qaçqın düşüb, çoxlu sayda dinc sakin həlak olub. Utiaşvili bildirib ki, dünən gecə Tiflis beynəlxalq aeroportunun radar qurğularına da zərbə endirilib. Zərbə nəticəsində qurğulara ziyan dəyib, lakin aeroportun işini qısa müddət sonra bərpa etmək mümkün olub. Dünən səhər saatlarında isə Rusiya təyyarələri Azərbaycanla sərhəddə yerləşən Kaxeti aerodromunu bombardman edib. Hərbi obyektə 12 bomba atıldığı bildirilir. Nəticədə aeroportun uçuş-enmə zolağı sıradan çıxıb, ölən və yaralanan olmadığı bildirilir. Gürcüstan KİV-ləri isə hərbi mənbələrə istinadən bildiriblər ki, zərbələrin hədəfi yaxınlıqda yerləşən Dedoplitsarsk rayonundakı Şirak aerodromu olub, lakin bu obyekti vurmaq üçün təyyarələri Azərbaycan ərazisi üzərindən manevr etməlidir. Bildirilir ki, Kaxeti aerodromu 15 ildir işləmir, əvvəllər orada Rusiya hərbi bazası yerləşib. Xəbər verildiyi kimi, Rusiya Abxaziya istiqamətindən Gürcüstana qarşı ikinci cəbhə açıb. Gürcü-abxaz münaqişəsi regionundakı Rusiya sülhməramlı qüvvələrinin komandanı Aleksandr Novitski bildirib ki, Abxaziya ərazisinə 9 min rus hərbçisi və 350 vahid hərbi texnika yeridilib. Onun sözlərinə görə, hərbi texnika və desant qoşunlarının döyüşçüləri Abxaziyaya avqustun 10-da axşam daxil olub. Onları hərbi-nəqliyyat təyyarələri ilə Suxumiyə gətiriblər. Rusiya qüvvələri abxaz separatçılarının dəstələri ilə birlikdə Gürcüstanın nəzarətində olan Kador dərəsinin yuxarı hissəsində hücuma keçiblər. Son məlumatlara görə, abxaz və rus qüvvələri Kador dərəsinin yuxarı hissəsini mühasirəyə alaraq bölgədəki gürcü qüvvələrinə ultimatum təqdim ediblər. Separatçı rejimin “müdafiə naziri” Mirab Kişmariya bildirib ki, bütün yollar və dağ cığırları nəzarət altına alınıb: “Biz Kador dərəsinin yuxarı hissəsindən gürcü qüvvələrinin və dinc sakinlərin bütünlüklə çıxması üçün humanitar dəhliz təklif edirik. Əgər gürcü hərbçiləri bu imkandan istifadə etməsələr onların məhv edilməsi üçün əməliyyat başlayacaq”. Analoji ultimatumu Rusiya sülhməramlı qüvvələrinin komandanı general Sergey Çaban də səsləndirib. O bildirib ki, gürcü qüvvələri və polisi Kador dərəsinin yuxarı hissəsini 3 saat ərzində tərk etməlidir, əks halda, onlar məhv ediləcək. Gürcüstan tərəfinin isə bu ultimatumu rədd etdiyi bildirilirdi. Tiflisdən verilən məlumata görə, Kador dərəsinin yuxarı hissəsində gürcü qüvvələrinin blokadaya alındığı haqda xəbər yalandır və rusların həmin bölgədəki hücumunun qarşısı alınıb. Xəbər verildiyi kimi, Rusiya bazar günü Abxaziya sahillərinə donanma birliklərini də yeridib. Rusiyanın üç iri desant gəmisinin və raket kreyserinin Abxaziyanın Oçamçir limanına yan aldığı bildirilir. Gürcüstanın Abxaziya ilə sərhəd Zuqdudi şəhərinin sakinləri isə bundan təşvişə düşərək evlərini tərk edirlər. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bazar günü Gürcüstan donanmasının gəmiləri Qara dəniz sularında Rusiya gəmiləri ilə qarşılaşıb, bu zaman baş verən atışma zamanı gürcü gəmilərindən biri heyət üzvləri ilə birlikdə batırılıb. Lakin Gürcüstan tərəfi bu xəbəri şərh etmir. Rusiya tərəfi də müharibənin gedişində itkilər verir. Rusiya hərbi komandanlığı bildirib ki, gürcü qüvvələri dünən gecə Sxinvali şəhərini artilleriya qurğularından atəşə tutublar. Nəticədə Suxumidə 3 Rusiya hərbçisi ölüb, 18-i yaralanıb. Bildirilir ki, Cənubi Osetiya cəbhəsində bütün gecəni atışmalar olub, gürcü aviasiyası Rusiya qüvvələrinin mövqelərindən birini bombalayıb. Cənubi Osetiya separatçılarının rəhbəri Eduard Kokoyta isə deyib ki, Sxinvalidə vəziyyət onların nəzarəti altındadır, şəhərdə çoxlu sayda öldürülmüş gürcü əsgərlərinin cəsədləri qalıb. Gürcüstan tərəfi isə müharibənin ilk 3 günü ərzində ölənlərin rəsmi sayını açıqlayıb. Bildirilir ki, gürcü tərəfinin itkiləri 92 nəfər çatıb, onların arasında mülki sakinlər də var. Cənubi Osetiya separatçılarının nümayəndəsi İrina Qaqloyeva isə məlumat verib ki, Gürcüstan tərəfi suvarma kanalını açaraq Sxinvalinin cənub hissəsində evlərin zirzəmisinin su altında qalmasına səbəb olub. Onun iddiasına görə, Gürcüstanın məqsədi neçə gündür zirzəmilərdə gizlənən sakinlərin çölə çıxmasına nail olmaq və onları bombardman etməkdir. Separatçı rejimin bildirdiyinə görə, avqustun 8-də Cənubi Osetiyaya 8 min gürcü hərbçisi və 100-dən çox tank girib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı isə dünən Gürcüstan üzərində daha iki döyüş təyyarəsinin itirildiyini təsdiq edib. Baş Qərargah rəisinin müavini general Anatoli Naqovitsin keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya döyüş əməliyyatları ərzində cəmi 4 təyyarə, 18 əsgər itirib. 14 əsgər isə itkin düşmüş hesab edilir. Naqovitsin Cənubi Osetiya ətrafındakı strateji yüksəkliklərin nəzarət altına alındığını və gürcü aviasiyasının bölgədə uça bilmədiyini də deyib. Rusiya generalı Gürcüstanın atəşkəs haqda bəyanatına inanmadıqlarını və döyüş əməliyyatlarını davam etdirdiklərini bildirib. Qərb mətbuatının yazdığına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili müharibənin başlamasından bu yana yatmır və köməkçiləri onun bənizinin ağardığını bildiriblər. “Le Monde” qəzetinin əməkdaşı Saakaşvili ilə telefon əlaqəsi saxlayarkən Gürcüstan prezidenti ona deyib ki, üç gündür yemək yemirdi və yalnız indi təcili Tiflisə gələn Fransa xarici işlər naziri Bernar Kuşnerlə birlikdə nahar etmək üçün oturub. Saakaşvili bir tərəfdən Rusiya ilə döyüşlərə rəhbərlik etməyə, digər tərəfdən isə beynəlxalq ictimaiyyətlə təmasları davam etdirərək Rusiyanın təcavüzünü dayandırmağa çalışır. O, CNN telekanalına verdiyi müsahibədə bildirib ki, Rusiya Gürcüstanı ABŞ və NATO-ya görə bombardman edir. Saakaşvilinin sözlərinə görə, Gürcüstana atılan Rusiya bombalarının üzərində rus dilində “bu amerikalılar üçün, NATO üçün” sözləri aşkar edilib. “The Wall Street Cournal” qəzeti də dünən Saakavilinin məqaləsini dərc edib. Məqalədə deyilir ki, Rusiya bu müharibəyə çoxdan hazırlaşırdı və onun məqsədi NATO-nu Qafqaza buraxmamaq, Gürcüstan ərazilərinin bir hissəsini işğal etməkdir. Saakaşvili Cənubi Osetiyada atəşi birtərəfli qaydada dayandırmalarına baxmayaraq avqustun 8-nə keçən gecə osetinlərin gürcü kəndlərinə hücum etdiklərini, nəticədə Sxinvaliyə zərbə endirməkdən başqa yollarının qalmadığını bildirib. ABŞ-ın strateji analizlə məşğul olan “Stratfor” mərkəzi isə qeyd edir ki, Rusiya hərbi baxımdan gücləndiyini və Amerika ekspertlərinin hazırladığı qüvvələrə qalib gəlmək imkanında olduğunu nümayiş etdirir. Mərkəz hesab edir ki, Rusiyanın Gürcüstanda apardığı hərbi əməliyyatlarda məqsəd bir çox keçmiş sovet respublikaları, o cümlədən bütün Qafqaz, Ukrayna və Mərkəzi Asiya üçün xəbərdarlıq siqnalıdır. İsrail mətbuatı isə yazıb ki, ABŞ təcili qaydada Gürcüstana hərbi yardım göstərmək üçün hava dəhlizi yaradıb. “Ma’ariv” qəzetinin yazdığına görə, ABŞ İordaniya vasitəsilə Gürcüstana hərbi sursat və texnika yola salır. Bildirilir ki, avqustun 8-dən başlayaraq hər gün İordaniyanın Akaba aeroportundan Tiflisə dörd Amerika yük təyyarəsi uçur. Akaba aeroportundan bir qayda olaraq İraqa silah-sursat göndərilir. Məlumata görə, Gürcüstan Rusiyanın irimiqyaslı quru müdaxiləsinə qarşı hazırlıqlar görür. “Gürcüstan bu müharibədə hələ yeni növ silahlarını işə salmayıb və Rusiyaya sürprizlər hazırlayır”. Gürcüstanın əslən yəhidi olan dövlət naziri Timur Yakobaşvili isə “Yediot Ahronot” qəzetinə açıqlamasında deyib ki, Suxumi üzərinə hücuma keçib bir neçə saatda şəhəri tutan gürcü birliklərini İsrail hərbi ekspertləri “TSAXAL” üslubunda hazırlayıb. “İsrail onun mütəxəssislərinin bizim qoşunlarımızı necə hazırladıqları haqda fəxr edə bilər. Bu bölmələr iki Rusiya ordusunu geri oturda bildi, 50 tank, 12 təyyarə sıradan çıxardı, azı 60 rus əsgərini məhv etdi” - deyə Yakobaşvili bildirib. İsrail hərbi çevrələrindən isə deyiblər ki, Rusiyanın Cənubi Osetiyaya bu qədər qüvvə yeritməsi gözlənilməz olub. “Gürcüstanın belə müharibədə qalib gəlmək üçün heç bir şansı yox idi” - deyə mənbə bildirib. ABŞ prezidenti isə növbəti dəfə Rusiyanı Gürcüstana qarşı hərbi əməliyyatları dayandırmağa çağırıb. ABŞ prezidenti deyib ki, o, Rusiya prezidenti ilə telefon əlaqəsi saxlayaraq münaqişənin daha da dərinləşməsinin yolverilməz olduğunu deyib. Vitse-prezident Dik Çeyni isə bəyan edib ki, Rusiyanın hərbi təcavüzü belə davam edə bilməz. Saakaşvili ilə telefon söhbəti zamanı Çeyni bildirib ki, Rusiyanın addımları cavabsız qalmayacaq və bunun iki ölkə arasındakı münasibətlərə təsiri olacaq. ABŞ-ın BMT-dəki keçmiş səfiri Riçard Holbruk isə Buş administrasiyasının baş verənlərə reaksiyasını tənqid edib. Holbruk deyib ki, o, Rusiyanın Gürcüstana tankları yeritdiyi saatlarda prezident Buşun Pekində baş nazir Putini qucaqlamasını görəndə çox təəccüblənib. “Mən hesab edirəm ki, Rusiyanın hədəfi təkcə Gürcüstan deyil, növbəti hədəf Ukrayna ola bilər. Lakin Ukraynada Putin Gürcüstandakı kimi gülə bilməyəcək, çünki 50 milyon əhalisi var”. Britaniyalı hərbi analitik Alen Melison isə “The Sunday Times”ə bildirib ki, hazırda Gürcüstanda 200-ə yaxın Amerika hərbi eksperti var, onlar gürcü ordusuna təlim verir. Melisonun sözlərinə görə, Gürcüstan ordusu 12 minlik yaxşı hazırlıq görmüş birləşmələrdən ibarətdir. Xəbərlərə görə, Avropa ölkələri atəşin dayandırılmaslna nail olmaq üçün intensiv diplomatik səylər göstərir. Fransa prezidenti Nikola Sarkozi tərəfləri atəşkəsə çağırmaq üçün Moskvaya səfər edib, onun daha sonra Tiflisə gələcəyi gözlənilirdi. Fransa və Finlandiyanın xarici işlər nazirləri isə artıq Tiflisə gələrək prezident Saakaşvili ilə atəşkəs haqda təklifi müzakirə ediblər. Saakaşvili sənədi imzalayıb, dünən Fransa və Finlandiya xarici işlər nazirlərinin sənədi təcili olaraq Moskvaya aparacaqları bildirilirdi. Lakin belə görünür ki, Rusiya beynəlxalq ictimaiyyətin səylərinə məhəl qoymaq niyyətində deyil. Rusiyanın faktiki rəhbəri, baş nazir Vladimir Putin bildirib ki, Gürcüstanda başlayan əməliyyatlar məntiqi sonluğa qədər davam edəcək. Lakin o, “məntiqi sonluğun” nədən ibarət olduğunu deməyib. O da məlum olub ki, Putin Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın telefon zənglərinə cavab verməyib. Ərdoğanın onu atəşi dayandırmağa çağırmaq üçün axtardığı, lakin iki gün zəng etsə də, Putinlə əlaqə yarada bilmədiyi bildirilir. Günün sonuna doğru yayılan məlumatlara görə, Rusiya qoşunları Abxaziya istiqamətindən Gürcüstan ərazilərinin içərilərinə doğru 40 kilometrədək irəliləyib. Gürcüstan DİN-in rəsmi nümayəndəsi Şota Utiaşvili rus qoşunlarının zirehli transportyorlarla Poti yaxınlığındakı Senaki və Zuqdidi şəhərlərini tutduğunu açıqlayıb. Həmin şəhərdə Gürcüstan ordusunun 2-ci piyada briqadası yerləşir. Bildirilir ki, rus qoşunları artıq Tiflisin 65 kilometrliyindədir. Rusiya hərbi komandanlığı Senakidə “preventiv tədbirlərin” həyata keçirildiyini təsdiqləyib. Prezident Saakaşvili isə Fransanın xarici işlər naziri Bernar Kuşnerlə birlikdə Rusiyanın bombaladığı Qori şəhərinə baş çəkərkən ölüm təhlükəsi ilə qarşılaşıb. Belə ki, həmin vaxt Qori üzərində iki Rusiya təyyarəsi görünüb, mühafizəçilər dərhal Saakaşvilini və Kuşneri təhlükəsiz yerə aparıblar, bu vaxt qaçarkən Saakaşvili yıxılıb. Gürcü tərəfi həmin təyyarələrdən birinin vurulduğunu açıqlayıb, bildirilir ki, bu, Rusiyanın vurulan sayca 19-cu təyyarəsidir. *** Qəzet çapa hazırlanarkən Gürcüstandan həyəcanlı xəbərlər daxil olmaqda davam edirdi. “Röyter” agentliyi Bakı vaxtıilə saat 21 radələrində xəbər yaydı ki, Rusiya qoşunları artıq neçə gündür bombardman edilən Qori şəhərini tutublar. Bu barədə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya bildirib. Qori şəhəri Tiflisin cəmi 50 kilometrliyində yerləşir. Digər məlumata görə, Qori sakinləri şəhəri bütünlüklə tərk edib, lakin şəhərdə hələlik rus tankları gözə dəymir. Gürcüstan xarici işlər nazirinin müavini Qriqol Vaşadze isə məlumat verib ki, Rusiya qoşunları Senaki şəhərində gürcü qoşunlarının bazasını ələ keçirib. Əlavə təfərrüatlar haqda məlumat yoxdur. “İnterfaks” isə Rusiya hərbi komandanlığına istinadən xəbər yayıb ki, Senaki şəhərindəki hərbi aerodrom da tutulub, oradakı iki hərbi vertolyot məhv edilib. Ən son məlumatlara görə, Gürcüstan ordusunun hissələri geri çəkilərək paytaxt Tiflisi müdafiə etmək üçün cəmləşir. Bu haqda “Frans press” agentliyi Gürcüstan hökumətinin bəyanatına istinadən məlumat yayıb. Bildirilirdi ki, Abxaziya istiqamətindən Gürcüstana yeridilən Rusiya qoşunları Tiflis üzərinə hücuma keçib. Gürcüstan hökuməti bəyanat yayaraq bu təcavüzü dayandırmaq və ölkəni xilas etmək üçün beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırıb. “Baş verənlərdən görünür ki, Rusiya demokratik yolla seçilmiş hakimiyyəti devirmək və Gürcüstanı bütünlüklə işğal etmək xətti götürüb” - deyə bəyanatda bildirilir. Təhlükə var idi ki, rus qoşunları elə dünən gecə Tiflisi ələ keçirsinlər. Belə görünürdü ki, Rusiya rəhbərliyi Saaakşvili başda olmaqla onun hökumətinin üzvlərini ya məhv etmək, ya da həbs edib mühakimə etmək məqsədini qarşıya qoyub. Çünki Rusiya Hərbi Prokurorluğu Cənubi Osetiyada “soyqırım” törədilməsi ilə bağı cinayət işi qaldırıb. F.MƏMMƏDOV musavat
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
İran qonşularına hücumdan təbliğat kimi istifadə edir- Bin-Taleblu
İranda siqaret çəkən qızların sayı kəskin artıb
İranla qarşıdurmada qələbə qaçılmazdır - Tramp
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib
Əhvazda 3 siyasi məhbus edam ediləcək
Bir neçə əyalətdə çörək yenidən bahalaşdı
Vaşinqton hələ də Tehranın yekun cavabını gözləyir
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İranda manatın son məzənnəsi
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
Donald Tramp: İran danışıqları yaxşı aparsa da Amerika bütün kartları əlində saxlayır
İranda daha iki etirazçı edama məhkum edildi
ABŞ İranın 1 milyard dollarını müsadirə etdi
İranlı rəsmi: Çin ABŞ ilə Iran arasındakı mümkün razılaşmanın təminatçısı ola bilər
Güneyli tədqiqatçı dünyasını dəyişib
NYT: İranın mühafizəkar qanadı ABŞ ilə mümkün razılaşmanı pozmağa çalışırlar
İranda neft oğurluğu- 7 nəfər saxlanılıb
İsrail yenidən İranla müharibəyə hazırlaşır- "Haaretz"
Müharibə naziri: İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır
Bloomberg: İranın Küveytə zərbəsi nəticəsində bir neçə amerikalı yüngül xəsarət alıb
İran məhkəməsi daha bir etrazçını ölümə məhkum etdi
Milli fəalların məhkəməsi oldu- Lisani, Kari və Xeyrcu qatılmadılar
Meksika da İran millisinə viza verməyib
İran rəsmilərinin villaları müsadirə olunacaq - Bessent
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb
Tanınmış Qaşqay şair və tədqiqatçı İlyas Bəhrampur Laçın vəfat edib
Dəniz minaları Oman sularında da müşahidə olunub