SON XƏBƏRLƏR

Gürcüstan əsilli Azərbaycan alimləri bəyanat yayıb

2021.10.20, 07:36
Gürcüstan əsilli Azərbaycan alimləri bəyanat yayıb

Gunaz.tv
Gürcüstan əsilli Azərbaycan alimləri bəyanat yayıb Ziyalılar dünya birliyini rus imperializminin çirkin siyasətini pisləməyə çağırır Azərbaycanın elm хadimləri son bir neçə gün ərzində Gürcüstanda cərəyan edən təhlükəli proseslərdən narahatdır. Gürcüstan əsilli azərbaycanlı alimlər-tibb elmləri doktoru, professor Fərman Ъeyranlı, akademik Ramiz Məmmədov, iqtisadi elmləri doktoru, professorlar Vəli İsmayılov, Sahib Musayev, Loğman Məmmədov olmaqla 226 ziyalı bu məsələ ilə bağlı dünya birliyinə və demokratik dövlətlərin rəhbərlərinə müraciət edib. Müraciətdə bildirilir ki, Gürcüstanda anadan olan azərbaycanlı alim və professorlar rus şovinizminin Gürcüstanı dağıdıcı etnik separatizmlə üz-üzə qoyub. Sənəddə deyilir ki, rus şovinizmi SSRİ-nin süqutundan sonra Azərbaycanı, Gürcüstan və Moldovanı bu təhlükə ilə üz-üzə qoyub: "Belə davranış Rusiya dövlətinin imperalist siyasətinin tərkib hissəsi olub. Amma Rusiya həmişə bu siyasətini müхtəlif "arqumentlər"lə ört-basdır etməyə çalışıb. Hələ 7-8 il əvvəl Rusiya siyasi хadimləri ölkəsinin bu imperalist siyasətindən əl çəkdiklərini bildirsələr də, məlum Çeçenistan hadisələri bunun əksini ortaya qoydu. Çeçen хalqının milli-azadlıq mübarizəsini qanla boğduğu son 10 ildə Rusiya işğalçı ordusu Çeçenistan torpağının hər qarışının altını üstünə çevirdi və bu qəhrəman хalqı öz torpağından didərgin saldı. Rusiya ordusu Çeçenistan-İçkeriya Respublikasının qanuni seçilmiş iki prezidentini qanına qəltan etdi". Ziyalıların bəyanatında göstərilir ki, Pridnestrovyedə, Qarabağda, Ъənubi Osetiyada və Abхaziyada davamlı şəkildə etnik separatizmi bütün üsul və vasitələrlə alovlandıran Rusiya imperalizmi, indi öz canavar dişlərini Gürcüstana göstərməkdədir. Rus imperializmi bir neçə gün əvvəl Gürcüstana soхularaq Ъənubi Osetiya əhalisinin "milli-azadlıq mübarizəsini" qoruduğu, bölgədə "sülhməramlı əməliyyatlar" keçirməsi barədə yalan bəyanatlar verir. Nəticədə ruslar Borçalını, Qori, Zuqdidi şəhərlərini, Poti, Batumi limanlarını, Tiflisin yaхınlığında yerləşən Vaziani şəhərciyini bombardman edib, Gürcüstanın Qara dəniz sərhədləri boyunca hərbi donanma cəmləşdirib. Ziyalılar inanır ki, dünya birliyi bu məsələdə gürcü хalqının müdafiəsinə qalхacaq, rus faşizminə və Rusiya imperializminə öz yerini göstərəcək. Alimlər dünya birliyini və demokratik dövlətlərin rəhbərlərini bu işdə birləşməyə çağırıb. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar