SON XƏBƏRLƏR

Rusiya tanınmamış Abxaziya istiqamətində Gürcüstana doğru irəliləyərək bir neçə şəhəri nəzarət altına alıb

2021.10.20, 07:36
Rusiya tanınmamış Abxaziya istiqamətində Gürcüstana doğru irəliləyərək bir neçə şəhəri nəzarət altına alıb

Gunaz.tv
Rusiya tanınmamış Abxaziya istiqamətində Gürcüstana doğru irəliləyərək bir neçə şəhəri nəzarət altına alıb Gürcüstanda vəziyyət gərgin olaraq qalır. Rusiya qoşunları tanınmamış Abxaziya respublikası istiqamətində Gürcüstanın içərilərinə doğru irəliləyərək bir neçə şəhəri nəzarət altına alıb. Paytaxt Tiflisin rus hərbçiləri tərəfindən tutulacağından ehtiyat edən Gürcüstan höküməti öz qoşunlarını şəhərin ətrafına toplayıb. Tiflis sakinləri isə təşvişə düşüb. ölkə prezidenti Mixail Saakaşvili dünya ictimaiyyətinə müraciət edərək, Gürcüstan ərazilərinin böyük hissəsinin Rusiyanın nəzarəti altına keçdiyini bildirib. Dövlət başçısının sözlərinə görə, rus qoşunlarının tanınmamış Abxaziya istiqamətində hərəkət edərək Senaki rayonunu ələ keçirməsi nəticəsində ölkə 2 hissəyə bölünüb və Tiflis şəhəri ilə Poti limanı arasında əlaqə kəsilib. Mixail Saakaşvili həmçinin vəziyyətin sabitləşməsi üçün dünya birliyindən kömək istəyib. Rusiya Gürcüstana qarşı ikinci cəbhə açıb. Gürcüstan Xarici İşlər Nazirliyi rus qoşunlarının Abxaziya istiqamətindən ölkənin içərilərinə doğru 40 kilometr irəlilədiyini və Senaki şəhərinə nəzarət etdiyini deyib. Rusiya Müdafiə Nazirliyi faktı təsdiq edərək, bunu “qabaqlayıcı addım” adlandırıb: “Rusiya sülhməramlıları və onların tabeçiliyinə verilmiş hərbi hissələr özlərinin və Cənubi Osetiyanın gürcü artilleriyası tərəfindən atəşə tutulmasının, gürcü hərbçilərinin yenidən birləşməsinin qarşısını almaq üçün tədbirlər görürlər”. Gürcüstanın dövlət naziri Temur Yakobaşvili rus əsgərlərinin Zuqdidi şəhərinə də nəzarət etdiyini bildirib. Sahidlərin sözlərinə gorə, əhali kütləvi şəkildə Qərbi Gürcüstanı tərk edir: “Abxaziya ilə sərhəddəki bütün kəndlər boşaldılıb. Rus qoşunları heç bir müqavimətə rast gəlmədən irəliləyirlər”. Gürcüstanın təhlükəsizlik şurasının katibi Kaxa Lomaya isə bəyan edib ki, Qori şəhəri də rus hərbçilərinin nəzarətinə keçib. Gürcüstanın təhlükəsizlik şurasının rəhbəri jurnalistlərə bildirib ki, Rusiya Müdafiə Nazirliyinə məxsus qoşunlar paytaxt Tiflisdən 60 kilometr aralıda yerləşən Qori şəhərini zəbt ediblər. Bu məlumatı Rusiya tərəfi də təsdiq edib. Rusiya xəbər agentlikləri qoşunların irəlilədiyini də əlavə edib. Gürcüstan isə qoşunlarını paytaxtın müdafiəsi üçün Tiflisin ətrafına toplayır. Gürcüstan paytaxtında xaos və təşviş başlayıb. Evlərini tərk edən Gürcüstan vətəndaşları ölkənin içərilərinə doğru qaçırlar presspost

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar