Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Elnur Baimov: “Məqsəd sayta girişi bağlamaq və məlumat bazasını dağıtmaqdır” Osman Gündüz: “Digər saytların da eyni təhlükəylə üzləşməməsi üçün MTN səfərbərliyə keçməlidir” Dünən günorta saat 14.00 radələrindən etibarən rusdilli informasiya portalı olan day.az-ın fəaliyyətinə əngəl yaradılıb. Sayta girmək istəyən internet istifadəçilərinə bildirilib ki, Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə olunan haker hücumu nəticəsində day.az-ın fəaliyyəti əngəllənib. Maraqlıdır, adətən qəzetlərə yerli hakimiyyət dairələri tərəfindən edilən hücumların ünvanı niyə bu dəfə Rusiya tərəfi olub? day.az-ın fəaliyyəti hansı kriteriyalarına görə qonşu ölkəni razı salmayıb? day.az saytının rəhbəri Elnur Baimov bizə açıqlamasında bildirdi ki, hücumu Rusiyanın təhlükəsizlik xidməti tərəfindən idarə olunan haker qrupu həyata keçirib. Onun sözlərinə görə, burada iki məqsəd var: “Birinci məqsəd sayta girişi bağlamaq, ikinci məqsəd isə day.az saytının bütün məlumat bazasını dağıtmaqdır. Hücumun səbəbi isə bizim sayt olaraq, Rusiya-Gürcüstan münaqişəsində Gürcüstanın tərəfində olmağımızdır. Bilirsiniz ki, Rusiya təhlükəsizlik xidməti Gürcüstanın bütün xəbər saytlarını dağıdıb. Hazırda Gürcüstan xəbərləri rusdilli oxuculara həm də day.az tərəfindən yayımlanır. Alternativ fikrin ortaya çıxması isə Rusiya tərəfini qane etmədiyi üçün bizim fəaliyyətimizə belə əngəl yaradılıb”. Müsahibimiz bu problemin qarşısını almağa çalışacaqlarını, işlərindən kənarda qalmayacaqlarını söylədi. E.Baimov problemi həll edəndən sonra öz xəbərlərində və yayacaqları bəyanatlarda Rusiyanı aqressor kimi göstərəcəklərini dedi: “Artıq bu məsələ ilə bağlı bir neçə dövlət qurumundan zəng olub. Vəziyyətlə maraqlanıblar, baş verənləri izləyirlər. Bütün hallarda çalışacağıq ki, problem çox qısa zamanda öz həllini tapsın. Çünki biz hazırda bunu ancaq Azərbaycan üçün yox, həm də Gürcüstan üçün edirik. Amma təhlükə ondadır ki, bu hücum təkcə day.az saytına yox, istənilən KİV-ə qarşı ola bilər. Müdafiə, mübarizə mexanizmləri tapmalıyıq ki, başqa həmkarlarımız da onunla qarşı-qarşıya qalmasındar”. “Saytın hər hansı müdafiə mexanizmi yoxdur ki, belə hücumlardan qoruna bilmir” sualının cavabında E.Baimov bildirdi ki, 5 ildir fəaliyyət göstərən bir sayt olaraq, hər gün erməni hakerlərin hücumlarından qorunurlar. “Amma dövlət tərəfindən hazırlanmış massiv hücuma nəinki biz, heç bir sayt hazır deyil” deyən müsahibimiz günün sonuna qədər problemi həll etməyə çalışacaqlarını vurğuladı. Maraqlıdır, eyni təhlükə Azərbaycanda fəaliyyət göstərən digər saytları, xəbər portallarını da gözləyə bilərmi? Bunun qarşısını almağın yolları nədir? Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də hesab edir ki, day.az-la bağlı baş verən situasiya Gürcüstan hadisələrinin birbaşa davamıdır. Onun sözlərinə görə, Gürcüstan-Rusiya müharibəsi başlayan kimi virtual dünyada da bu, özünü göstərməyə başladı: “Virtual müharibə nəticəsində Rusiya hakerləri Gürcüstanın bütün informasiya resurslarını dağıtdı. Bu resurslar həm dövlətə, həm də özəl sektora aid idi. Təsəvvür edin ki, Gürcüstan müharibə aparır, amma Xarici İşlər Nazirliyinin, habelə prezidentin öz saytı işləmir. Artıq bunlar qaydaya salındı. Amma lazım olan günlər işləmədi. Ona görə də həmin gündən etibarən Gürcüstan barədə xəbərləri öyrənmək istəyənlər Azərbaycana yönəldilər”. O.Gündüz hesab edir ki, Azərbaycanın müvafiq orqanları day.az-la bağlı baş verən situasiyadan özlərinə dərs çıxarmalıdır. Onun sözlərinə görə, virtual dünyada müharibəyə hazırlıqlı olmaq lazımdır: “Ölkədə fəaliyyət göstərən bütün saytları həmin təhlükə gözləyir. Azərbaycanın Rusiya, İran və Türkiyənin üzərindən telekommunikasiya kanalları olmalıdır. Alternativ lokal şəbəkənin olmaması üzündən Gürcüstanın informasiya resursları çökdü. Bu məsələdə bir nömrəli günahkar ruslardır. Müharibə başlayan kimi Rusiyanın gənclər təşkilatları yığılıb ölkənin bütün xakerlərinə, proqramçılarına müraciət etdilər ki, virtual hücuma başlasınlar”. Müsahibimiz həmçinin bildirdi ki, Azərbaycan hökuməti baş verənlərdən nəticə çıxarmalı və ən azı öncədən yarımgizli, gizli formada xəbərdarlıq etməliydi. Onun sözlərinə görə, digər tərəfdən həmin saytların administratorlarına müraciət olunması vacib idi: “Bununla MTN məşğul olmalıdır. Biz monitorinq aparır və görürük ki, artıq Azərbaycanın öz daxilindən yerli resurslara hücumlar olur. MTN bu təhlükənin qarşısını almaq üçün səfərbərliyə keçməlidir. Ölkənin milli təhlükəsizlik məsələsi məhz budur. İnformasiya təhlükəsizliyi birinci yerdədir. Bu dayanıqlılıq təmin olunmalıdır. Tək xaricdə yox, daxildə də”. O.Gündüz vəziyyətdən çıxış yolunun olmaması ilə bağlı deyilənlərlə razılaşmır. Onun sözlərinə görə, qabaqcadan bununla bağlı müvafiq hazırlıqlar görülsəydi, vəziyyət bu həddə çatmazdı: “Müxtəlif serverlərdə yerləşdiriləcək alternativ kanallar tapılmalıdır. Alternativlər genişləndirilməli və hər gün gündəmdə saxlanılmalıdır. Təbii ki, bununçün də xərclər tələb olunur”. Günün sonunda day.az saytı fəaliyyəti bərpa edib. Qeyd edək ki, dünən ANS-press.com saytı da Rusiya hakerlərinin hücumuna məruz qalıb. Xəbər xidməti musavat
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər