SON XƏBƏRLƏR

Rusiya qoşunları Gürcüstanın Senaki şəhərini ələ keçirib və Zuqdidi rayonuna daxil olub - YENİLƏNİB

2021.10.20, 07:36
Rusiya qoşunları Gürcüstanın Senaki şəhərini ələ keçirib və Zuqdidi rayonuna daxil olub - YENİLƏNİB

Gunaz.tv
Rusiya qoşunları Gürcüstanın Senaki şəhərini ələ keçirib və Zuqdidi rayonuna daxil olub - YENİLƏNİB [ 11 Avqust 2008 19:49 ] Tiflis – APA. Gürcüstan Daxili İşlər Nazirliyi Rusiya qoşunlarının Abxaziyadan ölkənin içərilərinə qədər 40 kilometr irəlilədiyi barədə açıqlama yayıb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, gürcü hərbçiləri Rusiya hərbi texnikası və əsgərlərinin Senaki şəhərini ələ keçirdiyini bildiriblər. Senakidə Gürcüstan ordusunun ABŞ-ın dəstəyi ilə yaradılmış iri hərbi-hava bazası var. Gürcüstan DİN-in informasiya və təhlil departamentinin rəhbəri Şota Utiaşvili isə Rusiya sülhməramlıları və abxaz separatçılarının Zuqdidi rayonunun Xurça kəndinə daxil olduqlarını bildirib. Ancaq abxaz tərəfi isə bu xəbəri təkzib edib. Rusiya Müdafiə Nazirliyi Senaki rayonunda “tədbirlər” həyata keçirildiyini açıqlayıb. Nazirlikdəki mənbə Senakidə Gürcüstan Silahlı Qüvvələrinin ikinci piyada briqadasının yerləşdiyini bildirib: “Tədbirlər Cənubi Osetiyanın və Rusiya sülhməramlılarının gürcü artilleriyası tərəfindən atəşə tutulmasının və onların Cənubi Osetiyaya qarşı yeni təcavüzünə yol verməmək məqsədilə həyata keçirilir”. Mənbə Mixail Saakaşvili tərəfindən səfərbərliyə alınan ehtiyatda olan hərbçilərin cəmləşdirilməsinin qarşısını almaq istədiklərini də əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar