SON XƏBƏRLƏR

Bakı-Tiflis-Ceyhan neft kəmərində altı gün əvvəl başlayan yanğın söndürülüb

2021.10.20, 07:36
Bakı-Tiflis-Ceyhan neft kəmərində altı gün əvvəl başlayan yanğın söndürülüb

Gunaz.tv
Bakı-Tiflis-Ceyhan neft kəmərində altı gün əvvəl başlayan yanğın söndürülüb [ 11 Avqust 2008 17:22 ] Ərzincan – APA. Avqustun 5-dən 6-na keçən gecə yerli vaxtla saat 00.00 radələrində (Bakı vaxtilə 02.00) Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin Türkiyə hissəsində baş verən yanğın tamamilə söndürülüb. APA-nın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, artıq 6 gündür, davam edən və nəzarət altında saxlanılan yanğını bu gün söndürmək mümkün olub. Hazırda ərazidə yanğının nəticələrinin qaldırılması istiqamətində işlər görülür. Qeyd edək ki, boru xəttinin Ərzincan-Sivas yolunun 52-ci km-də, Türkiyənin Ərzincan vilayətinin Refahiyə qəsəbəsi yaxılarında yerin altından keçən boru xəttində partlayış baş verib. Partlayışdan sonra isə güclü yanğın olub. Hündürlüyü 50 metrədək olan alovun yaxınlıqdakı kəndlərə və meşə zolağına keçməsinin qarşı alınıb. Hadisədən sonra boru xətti vasitəsilə neftin və yaxınlıqdan keçən təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli dayandırılıb. Yanğını söndürmək mümkün olmadığından, yetkililər boru xəttindəki neftin yanıb qurtarmasını gözləyiblər. Neftin nəqli xəttə 10-15 gün ərzində aparılacaq təmir-bərpa işlərindən sonra bərpa olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar