SON XƏBƏRLƏR

Riçard Holbruk: ”Putinin növbəti hədəfi Ukrayna olacaq”

2021.10.20, 07:36
Riçard Holbruk: ”Putinin növbəti hədəfi Ukrayna olacaq”

Gunaz.tv
Riçard Holbruk: ”Putinin növbəti hədəfi Ukrayna olacaq” ABŞ-ın dövlət katibinin keçmiş müavini Riçard Holbruk Rusiyanın prezident Mixail Saakaşviliyə nifrət hissi ilə hərəkət etdiyini və Gürcüstanın mövcud hakimiyyətini devirmək istədiyini bildirib. R.Holbruk CNN-ə müsahibəsində Abxaziya və Cənubi Osetiyanı çoxdan Gürcüstandan ayırmağa çalışan Rusiyanın Gürcüstanı hərbi münaqişəyə təhrik etdiyini deyib: “Rusiya ilə soyuq müharibə heç kimə lazım deyil. Amma bu ölkə suveren dövlətin ərazisinə soxulub. Olimpiya oyunlarının açılışında Buşun Putini qucaqlaması məni təəccübləndirdi. Bundan sonra Buş və birinci ledi Amerika komandasını alqışlayarkən Putin oturmuşdu”. R. Holbruk M. Saakaşvilini regionda ən demokratik və ən qərbyönümlü lider adlandırıb. Müharibənin regiona yayılmasının mümkün olub-olmadığı barədə sualı cavablandıran sabiq diplomat buna və Ukraynanın münaqişəyə qoşulacağına inanmadığını söyləyib: “Putinin növbəti hədəfi Ukrayna olacaq. Amma orada bu qədərini edə bilməz. Gürcüstan 5 milyonluq, Ukrayna isə 50 milyonluq ölkədir. Başqa amillər də var”. Qeyd edək ki, Barak Obamanın prezident seçiləcəyi təqdirdə Riçard Holbrukun dövlət katibi olacağı gözlənilir. // APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar