SON XƏBƏRLƏR

Dik Çeyni: “Rusiyanın təcavüzü cəzasız qalmayacaq”

2021.10.20, 07:36
Dik Çeyni: “Rusiyanın təcavüzü cəzasız qalmayacaq”

Gunaz.tv
Dik Çeyni: “Rusiyanın təcavüzü cəzasız qalmayacaq” 4715.jpg Bu gün ABŞ-ın vitse-prezidenti Dik Çeyni ilə Gürcüstan prezidenti Mixail Saakaşvili arasında telefon danışığı olub. Amerika dövlətinin ikinci adamı Gürcüstanla həmrəyliyini ifadə edərək Rusiya təcavüzünün cəzasız qalmayacağını deyib. D. Çeyninin mətbuat xidmətindən bildiriblər ki, vitse-prezident Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə təhlükənin olduğu bir vaxtda gürcü xalqı və onun demokratik yolla seçilmiş hökuməti ilə həmrəy olduğunu bəyan edib. O, Rusiya təcavüzünün davam etməsinin bu ölkənin həm ABŞ, həm də dünya ictimaiyyəti ilə münasibətlərinə ciddi təsir göstərə biləcəyini söyləyib. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar