SON XƏBƏRLƏR

Azərbaycan cüdoçusu Elnur Məmmədli Pekin Olimpiadasının finalına çıxıb

2021.10.20, 07:36
Azərbaycan cüdoçusu Elnur Məmmədli Pekin Olimpiadasının finalına çıxıb

Gunaz.tv
Azərbaycan cüdoçusu Elnur Məmmədli Pekin Olimpiadasının finalına çıxıb elnurmemmedlicudob.jpg Pekin. Elşən Məmmədov - APA-SPORT. Azərbaycan cüdoçusu Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında finala vəsiqə qazanıb. «APA-SPORT» agentliyinin məlumatına görə, 73 kq çəkidə mübarizə aparan cüdoçumuz ilk görüşündə Dirk van Tiçeltə (Belçika) ippon fəndi ilə qalib gəlib. İkinci görüşündə o, Konstantin Semyonov (Belarus) üzərində da təmiz qələbə qazanıb. Onun növbəti rəqibi Kim Çol Su (KXDR) olub. Elnur artıq 54-cü saniyədə rəqibinin kürəyini yerə vursa da, hakimlər cüdoçumuza xal verməyib. Bununla belə, E. Məmmədli hücumlarını davam etdirərək, saxlama fəndi ilə qələbə qazanıb. Bu qələbə sayəsində cüdoçumuz yarımfinala vəsiqə əldə edib. Finalda onun rəqibi Əli Malomat (İran) olub. İdmançımız bu qarşılaşmanı da yüksək səviyyədə keçirərək vaxtından əvvəl – üçüncü dəqiqənin tamamında ippon fəndi ilə rəqibini məğlubiyyətə uğradıb. Finalda 20 yaşlı cüdoçumuz Ki Çun Vanqla (Cənubi Koreya) qarşılaşacaq. Qeyd edək ki, E. Məmmədli ötən il Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş dünya çempionatının finalında da məhz K. Ç. Vanqla üz-üzə gəlib. İndi həmyerlimizin həmin görüşdəki məğlubiyyətin əvəzini çıxmaq üçün əlverişli imkanı var. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar