SON XƏBƏRLƏR

Gürcüstan olayları ilə bağlı Azərbaycanda narahatlıq ifadə edilir

2021.10.20, 07:36
Gürcüstan olayları ilə bağlı Azərbaycanda narahatlıq ifadə edilir

Gunaz.tv
Gürcüstan olayları ilə bağlı Azərbaycanda narahatlıq ifadə edilir 20080415160153baku203.jpg Bakıda Gürcüstanın dəstəklənməsinin zəruriliyi barədə çoxsayda bəyanatlar səslənib. Belə bir bəyanatlarından birinin müəllifi olan Müsavat partiyası hesab edir ki, Azərbaycan Gürcüstanın tərəfdaşı kimi çıxış etməlidir. Partiya rəhbəri İsa Qəmbər rəhbərliyi birmənalı münasibət göstərməyə çağırır. "Biz Gürcüstana siyasi, mənəvi və humanitar yardım etməliyik ". Hərbi əməliyyatların başlaması ilə əlaqədar indi Bakıda səslənən narahatçılılqar həm də iki ölkəni birləşdirən iri enerji layihlərinin taleyi ilə baqlıdır. Azərbaycan naminə ictimai forumun prezidenti Eldar Namazov hesab edir ki, "BTC-dən yaralanan bütün ölkələr təcili tədbirlər görməlidirlər ". Öz növbəsində rəsmi Bakı Grücütsanın separatçılarla mübarizəsini dəstəklədiyni bəyan edib. Yəni Bakı siyasi və mənəvi dəstəyini qonşusundan əsirgəmir. Bununla belə MM-in müdafiə və təhlükəsizlik komissiyasının üzvü Zahid Oruc hadisələrin Tbilsinin, və elə əslində Bakının da arzu etdiyi ssenari ilə inkişafı variantı ilə yanaşı həm də tam fərqli bir ssenarinin mümkünlüyündən qayğılanır. "Rusiya bundan istifadə edərək bizim Qərbə çıxışımızı əngəlləyə bilər ". Zahid Oruc deyir ki, Azərbaycan Gürcüstanın tərəfdaşı olsada hamı dərk etməlidir ki, rəsmi Bakının dəstəyinin hüdudları da var." Bizim dəstəyimiz siyasi və mənəvi müstəvidən çıxmamalıdır". bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar