SON XƏBƏRLƏR

Rus ayısı, sakitləş!

2021.10.20, 07:36
Rus ayısı, sakitləş!

Gunaz.tv
Rus ayısı, sakitləş! Bir qrup ziyalı Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirib Əslən Borçalıdan olan ziyalılar da daxil olmaqla, bir qrup Azərbaycan ziyalısı Rusiyanın Azərbaycandakı səfirliyinin binası qarşısında piket keçirib. APA-nın məlumatına görə, piketdə Rusiya hərbi təyyarələrinin azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərini bombalamasına etiraz bildirilib. Piket iştirakçıları Rusiyadan Gürcüstana qarşı təcavüzə son qoymasını tələb ediblər. Aksiyanı işıqlandıran “Yeni Müsavat” qəzetinin əməkdaşı Əfqan Muxtarlı polis tərəfindən saxlanılıb. Jurnalist Yasamal rayon Polis İdarəsinin 20-ci polis bölməsinə aparılıb. ---------------------------------------------------------------------- Gürcüstan İraqdakı 1000 sülhməramlı hərbçisini geri çağırıb Gürcüstan İraqda xidmət edən 1000 sülhməramlı hərbçisini geri çağırıb. APA-nın məlumatına görə, bunu “Reuters”ə açıqlamasında Gürcüstan Təhlükəsizlik Şurasının katibi Aleksandr Lomaya deyib: “Biz artıq amerikalı dostlarımıza İraqdakı əsgərlərimizin yarısını çıxarmağa hazırlaşdığımızı xəbər verdik. Ona görə ki, ölkəmiz Rusiyanın təcavüzünə məruz qalıb. Onlar bizim ən yaxşı əsgərlərimizdir”. Prezident Mixail Saakaşvili isə CNN-ə müsahibəsində yaranmış vəziyyəti ABŞ prezidenti Corc Buş üçün “həqiqət anı” adlandırıb: “Əgər biz öz ideallarımızın müdafiəsinə qalxmaq, azadlığımız üçün mübarizə aparmaq istəyiriksə, bu, hamımız – həm prezident Buş, həm Amerika, həm də digər Qərb dünyası üçün “həqiqət anı”dır”. M. Saakaşvili C. Buşun Gürcüstanı “azadlıq mayakı” adlandırdığını da xatırladıb. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar