SON XƏBƏRLƏR

GÜRCÜSTANDAN AZƏRBAYCANA KÖÇ BAŞLAYIB

2021.10.20, 07:36
GÜRCÜSTANDAN AZƏRBAYCANA KÖÇ BAŞLAYIB

Gunaz.tv
GÜRCÜSTANDAN AZƏRBAYCANA KÖÇ BAŞLAYIB gurcu_bayragi.jpg Gürcüstanda gərginlik səngimir. Gürcüstanın mülki əhalisi yaxın ölkələrin sərhədlərinə doğru qaçır. Azərbaycanla sərhəddə də Gürcüstan vətəndaşı olan minlərlə şəxs toplanıb. Azərbaycanın Gürcüstanla sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Gürcüstan sərhəd-keçid məntəqəsindən ölkənin 18-45 yaş arasında olan kişi vətəndaşılarının çıxışı yasaqlanıb. Gürcüstandan Azərbaycana axın həddən artıq güclənib. Xüsusilə də Gürcüstandan olan azərbaycanlılar zəruri əşyalarını alaraq, ölkəni tərk edirlər. Onların arasında Gürcüstanın bombalanmış ərazilərindən olan şəxslər də var. Azərbaycanın Gürcüstanla sərhəd rayonlarının hüquq-mühafizə və sərhəd məntəqələrinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər. Qeyd edək ki, indiyə qədər Gürcüstan 30 minə qədər vətəndaşını döyüş bölgələrindən evokuasiya edib. Buna baxmayaraq, yüzlərlə mülki vətəndaş bu döyüşlərdə ölüb və yaralanıb. /APA/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar