Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
K. V. NƏRİMANOĞLU 150 ildən artıq yaşı olan altayşünaslıq türk, tunqus-mancur, monqol, eləcə də Ural-altay müstəvisində macar, fin, Koreya, yapon və s. dillərin qohumluq (və yaxud qeyri-qohumluq, yaxud tipoloji uyğunluq) problemlərini, eləcə də bu xalqların folklor, etnoqrafiya, tarix, fəlsəfə, inanc... məsələlərini öyrənir. Altay xalqlarının qohumluğunu qəbul edən (Bladimirtsov, Ramsted, Rəsənen, Barkarov, Sunik...) və qəbul etməyən (Klouson, Dörfer, Şerbak, F.Zeynalov...) kimi alimlər çox dəyərli araşdırmalar aparmış, bu dillərin fonetik, leksik və qrammatik özəlliklərini dərindən təhlil etmişlər. Bu araşdırmalar nəticədən, yəni Altay dillərinin qohumluğunu qəbul edib-etməməkdən asılı olmayaraq, turkologiya (sözün geniş mənasında altayşünaslıq və ya altaistika) üçün dəyərlidir. Yayılan yüzlərlə monoqrafiya və məqalə altayşünaslığın qızıl fondunu təşkil edir. Azərbaycan alimlərindən Ə.Abdullayev, F.Zeynalov, V.Aslanov, A.Məmmədov, R.Vəli və s. bu istiqamətdə məqalələr yazıb və həmin problem üzrə keçirilən PİAK (Permanent İnternational Altaistic Conference - Beynəlxalq fasiləsiz Altayşünaslıq konfransı) tədbirlərində iştirak etmişlər. PİAK-ın 51-ci konfransı iyulun 27-si və avqustun 1-də Rumıniya paytaxtı Buxarestdə 51-ci tədbirini keçirdi. Konqresin mövzusu Altay xalqlarında yol və səyahət idi. Bu böyük elmi məclisdə ABŞ-dan, Türkiyədən, Almaniyadan, Rusiyadan, Fransadan, İtaliyadan, Yaponiyadan, Monqolustandan, Polşadan, Rumıniyadan, Çindən və s. ölkələrdən 70-ə qədər elm adamı təmsil olunurdu. Azərbaycanı və çalışdığım İstanbul Yedditəpə Universitetini biz təmsil edirdik. PİAK-ın rəsmi dilləri ingiliscə, rusca, fransızca və almancadır. Plenar iclasında biz türklərin 250 milyonluq Türk Dünyasının dili olduğu üçün çıxışların türkcə də olmasının zəruriliyini irəli sürdük. Baş katib Barbara Kleiner - Heinkele bunu məqbul saydı, ancaq alman, fransız, rus dillərinin, yanında da ingiliscəyə üstünlük verilməsini xahiş etdi. Konfransın monolitliyi üçün zəruri olsa da, nümayəndələrin bir çoxu türkcə məruzə etdi. Artıq Avropa Birliyi ölkəsi olan və keçmiş sosialist düşərgənin geridə qalmış ölkələrindən sayılan Rumıniya tanınmaz dərəcədə dəyişmişdi. Şəhərin səliqə-səhmanı, sosial əhval-ruhiyyə, demokratik ab-hava açıq-aydın duyulurdu ki, bu da bizi ürəkdən sevindirdi. Yol qaydalarından hüquq sisteminə qədər standartların Avropalaşdırma prosesi sürətlə gedir və biz inanırıq ki, Rumıniya yaxın gələcəkdə Avropa məkanının tərkib hissəsi kimi böyük uğurlar qazanacaq. Yeri gəlmişkən, Rumıniyada Azərbaycan səfirliyinin fəaliyyətinin yüksək səviyyəsi ilə seçildiyini Azərbaycan vətəndaşı kimi fəxrlə qeyd etmək istərdik. Konfransın işində səfirliyimizin konsulu Anar Əcəmov və mədəniyyət işləri üzrə katib Samir Məlikli kifayət qədər fəal iştirak etdilər və Azərbaycanı təbliğ edən 20-yə qədər qiymətli kitabı (Rumın dilində, M.Füzuli, "Kitabi - Dədə Qorqud", B.Vahabzadənin əsərləri, eləcə də rumınca "Qurani-Kərim", Azərbaycan tanıtma kitablarını) qonaqlara təqdim etdilər. Konfrans nümayəndələri Buxarestin mərkəzində 8,5 hektar sahəni əhatə edən H.Əliyev parkını ziyarət etdilər. Azərbaycanın bir hissəsi kimi Tel gölünün bu sahilində gözəlliyi və möhtəşəmliyi ilə cənnəti xatırladan bu park bir azərbaycanlı kimi məndə qürur hissi oyatdı. Yaxın illərə qədər erməni lobbisinin at oynatdığı və Qriqoryan xristian təriqətinin mərkəzi olan Buxarestdə uydurma erməni soyqırımı, eləcə də Azərbaycan torpaqlarının erməni işğalına qarşı təbliğat kampaniyasının səviyyəsi və miqyası məni ürəkdən sevindirdi. Kaş xaricdə Azərbaycan həqiqətinin təbliği, mədəniyyətimizin təsdiqi Rumıniya, Macarıstan, Özbəkistan, Ukrayna səfirliklərmiz səviyyəsində olaydı... Konfransda görkəmli alimlər - B.Kleiner - Heinkelenin (Almaniya), R.Popun (Rumıniya), E.Troyarskinin (Polşa), L.Karahanın (Türkiyə), T.Hacıyevanın (Moskva), H.Suvingin (Çin), R.Hamayonun (Fransa), S.İ.Kedanın (Yaponiya), F.Qəniyevin (Kazan) A.Girfanonanın (Sankt-Peterburq), D.Dumravanın (İtaliya) və başqalarının məruzələri yüksək elmi səviyyəsi ilə diqqəti cəlb etdi. Biz "Marko Polo türk xalqları və Azərbaycan" adlı məruzə ilə çıxış etdik. Məruzə diskussiyaya səbəb oldu və maraqla qarşılandı. PİAK-ın 51-ci toplantısında təşkilatın ənənəvi qızıl medalı almaniyalı altayşünas-alim Klaus-Zakas Karaya verildi. İştirakçılara xatirə nişanı təqdim edildi. Konfransın fəxri sədri, qocaman altayşünas Denis Sinora təbrik məktubu göndərdi və PİAK-ın 52-ci toplantısının Çində keçirilməsi qərarlaşdırıldı. Uğurla keçən böyük elmi konfrans dostluğun, elmi əməkdaşlığın, insanlıq naminə dialoqun və qloballaşan dünyada birgə elmi fəaliyyətin uğurunu bir daha təsdiq etdi. Kamil Vəli NƏRİMANOĞLU 525
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər