SON XƏBƏRLƏR

Buş və Putin Gürcüstandakı döyüşləri müzakirə edib

2021.10.20, 07:36
Buş və Putin Gürcüstandakı döyüşləri müzakirə edib

Gunaz.tv
Buş və Putin Gürcüstandakı döyüşləri müzakirə edib af7269aa-18d3-4643-9ccb-7fea3592748e_w203_s.jpg BMT Təhlükəsizlik Şurası yenə də Cənubi Osetiya haqda qərar qəbul edə bilməyib Gürcüstandakı hərbi əməliyyatlar ABŞ prezidenti Corc Buşla Rusiyanın Baş naziri Vladimir Putinin görüşünün mövzusu olub. Onlar Olimpiadanın açılış mərasimi zamanı Pekində danışıqlar aparıblar. Görüşün təfərrüatları bilinmir. Vaşinqtonda isə Rusiya diplomatı Dövlət Departamentinə çağırılıb. ABŞ Rusiyadan Gürcüstana aviazərbələri dayandırmaq və oradan qoşunlarını çıxarmasını istəyir. Bir çox ölkələr atəşi dərhal dayandırmaq çağırışı ilə çıxış ediblər. BMT Təhlükəsizlik Şurası avqustun 8-də yenə də Cənubi Osetiya haqda qərar qəbul edə bilməyib. Məsləhətləşmələr bu gün davam edəcək. Gürcüstanın BMT-dəki nümayəndəsi Rusiyanı əvvəlcədən hazırlanmış müdaxilədə təqsirləndirib. Rusiya nümayəndəsi isə bildirib ki, gürcü qüvvələri bilərəkdən Cənubi Osetiyadakı Rusiya sülhməramlılarına zərbələr endirir və tanınmamış respublika ərazisində «etnik təmizləmə» azadliqradiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar