SON XƏBƏRLƏR

BARAK OBAMANI ÖLDÜRMƏK İSTƏYƏN ŞƏXS HƏBS OLUNDU

2021.10.20, 07:36
BARAK OBAMANI ÖLDÜRMƏK İSTƏYƏN ŞƏXS HƏBS OLUNDU

Gunaz.tv
BARAK OBAMANI ÖLDÜRMƏK İSTƏYƏN ŞƏXS HƏBS OLUNDU Florida ştatının sakini Demokrat Partiyasının ABŞ prezidentliyinə namizədi Barak Obamaya sui-qəsd hazırlamaqda günahlandırılaraq həbs olunub. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, 22 yaşlı Reymond Hanter Geyzel (Raymond Hunter Geisel) 2008-ci il iyul ayının sonlarında hazırlıq kursunda birgə oxuduğu tələbələrə B. Obama seçkilərdə qalib gələcəyi təqdirdə, onu öldürəcəyini bildirib. O, həmçinin hazırkı prezident Corc Buşu da öldürmək istədiyini deyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun yaşadığı hoteldə və avtomobilində axtarış aparıblar. Axtarış zamanı onun yaşadığı otaqdan istifadəyə hazır tapança, bir neçə bıçaq, zirehli gödəkcə və hərbi geyim aşkarlanıb. 22 yaşlı gəncin avtomobilindən isə fövqəladə hallar xidməti üçün nəzərdə tutulmuş işıqsaçan mayaklar tapılıb. R.H.Geyzel avqustun 3-də saxlanılıb, avqustun 7-də keçirilən məhkəmədə onun girov qarşılığında sərbəst buraxılması barədə xahiş təmin olunmayıb. Geyzel isə dindirilmə zamanı ittihamları rədd edib. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar