SON XƏBƏRLƏR

Cənubi Osetiyadakı hadisələr haqqında_Azərbaycan ekspretləri

2021.10.20, 07:36
Cənubi Osetiyadakı hadisələr haqqında_Azərbaycan ekspretləri

Gunaz.tv
Azərbaycan ekspretləri Cənubi Osetiyadakı hadisələr haqqında Vəfa Quluzadə: Gürcüstanın qələbəsi Qarabağ məsələsinə müsbət təsir göstərəcək "Həm Dağlıq Qarabağda, həm də Gürcüstanda seperatçıların arxasında açıq-aşkar Rusiya dayanır. Əgər Rusiya məğlubiyyətə uğrasa, Gürcüstan ərazi bütövlüyünü tamamilə bərpa edəcək və bu, Dağlıq Qarabağ məsələsinə müsbət təsir göstərəcək". "Ekspress"ə açıqlamasında politoloq Vəfa Quluzadə Cənubi Osetiyadakı münaqişə zonasında aparılan hərbi əməliyyatların Gürcüstanın qələbəsi ilə başa çatacağını bildirib:" Bu, Gürcüstanın haqq işidir və hesab edirəm ki, apardığı mübarizə Gürcüstan qələbəsi ilə sonuclanacaq. Dünya ictimaiyyəti də Gürcüstanın tərəfindədir". Düzdür, Rusiya gürcü-osetin münaqişəsinin həllində əsas əngəl olaraq qalır. Belə ki, Cənubi Osetiyada yerləşdirilmiş Rusiyanın sülhməramlı qüvvələri seperatçıların arxasında dayanır, onların provakasiya ilə məşğul olmasına dəstək verir. Bundan başqa, "Rusiya qondarma qurumun əhalisinə vətəndaşlıq verir ki, müdaxilə imkanları olsun". Bununla belə, V.Quluzadə Rusiyanın baş verən proseslərə ciddi təsir göstərə biləcəyinə inanmır: "Rusiyanın heç bir imkanı yoxdur ki, Gürcüstanın əleyhinə mübarizə aparsın. Rusiya artıq imperiya deyil, vaxtilə bütün məsələlərə müdaxilə edirdi, indisə elə imkanı yoxdur". Rasim Musabəyov: Tiflis üçün acınacaqlı da ola bilər " Gürcüstan qüvvələri əvvəllər də Suxumi və Sxinvaliyə daxil olublar, lakin bu, Tiflis üçün acınacaqlı nəticələrlə başa çatıb". Politoloq Rasim Musabəyov Cənubi Osetiyadakı son hadisələr haqda yekun nəticə çıxarmağı hələlik tez sayır. "Turan"a şərhində o, Gürcüstanın hücumunun Qərb və Rusiya arasında hansısa sözləşmə nəticəsində mümkün olduğuna inanmadığını bildirib. Onun fikrincə, Gürcüstanın bu addımı Rusiyanın Cənubi Osetiyaya yeni silahlı qüvələr yeritməsinə yol verməmək üçün preventiv tədbir olaraq atılıb. Niyyət tez bir zamanda Roks tunelinə çıxmaq, onu bağlamaq və Rusiyanın quru ilə Cənubi Osetiyaya silahlı qüvvələr keçirməsinin qarşısını almaqdan ibarətdir. Bu vəziyyətdə Rusiya üçün hava-desant əməliyyatı çox da effektli ola bilməz. Çətin ki, Rusiya öz hərbi bazasından Ermənistana qüvvələr göndərə. Rusiya aviasiyasının Gürcüstanın iri şəhərlərini, o cümlədən paytaxtı kütləvi şəkildə bombalaması ehtimalı da azdır, belə ki, bu, Qərbdə kəskin etirazlara səbəb olacaq. Eyni zamanda, Musabəyov osetinlərin Tiflisə qarşı partizan müharibəsinə başlayacağını istisna etmir. Hərbi əməliyyat uğurla başa çatarsa, Tiflisin Cənubi Osetiya üzərində nəzarətinin bərpası regionda digər münaqişələrin həllinə necə təsir edə bilər? Musabəyov:" Gürcüstan çətin ki, Abxaziyada fəallıq göstərə. Qarabağ münaqişəsinə gəlincə, bir tərəfdən bu, Ermənistan tərəfi ayıldacaq. Digər tərəfdən, Dağlıq Qarabağdakı vəziyyət Cənubi Osetiyadan fərqlənir. Son illər ərzində Ermənistan tərəfi silahlı qüvvələrinin möhkəmlənməsi üzrə tədbirlər həyata keçirib. Bundan başqa, Cənubi Osetiyada bütün bu vaxt ərzində gürcü əhalisi yaşayıb və gürcü hərbçiləri olub, Dağlıq Qarabağda Azərbaycan əhalisi və hərbçiləri yoxdur". Qərblə Rusiya sövdələşib? "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Gürcüstan düzgün "nəticə çıxarıb ki, Cənubi Qafqazda yeni hərbi münaqişə Rusiya üçün sərfəli deyil, belə ki, yaranan alov Şimali Qafqaza da keçə bilər". Cənubi Osetiya ilə bağlı Qərb və Rusiya arasında sözləşmə ola biləcəyi haqda suala cavabda ekspert bildirib ki, vəziyyəti qiymətləndirməyin hələ tez olduğunu hesab edir və vəziyyətin məntiqi yekununu gözləmək lazımdır. Əgər Cənubi Osetiyadan sonra Abxaziyada vəziyyət dəyişərsə (bu regionun Gürcüstandan qopardılması), sözləşmə haqqında danışmaq olar. Son vaxtlar Qərb mətbuatında analitiklər Abxaziya və Gürcüstanın AB-yə müstəqil dövlətlər kimi inteqrasiyası və onlar arasında Serbiya-Kosovo modeli üzrə münasibətlər qurulması haqqında ideyalar irəli sürülür. Oruclu bunu Qarabağ münaqişəsi üçün təhlükəli tendensiya sayır. Belə ki, Gürcüstanda bu ssenarinin tətbiqi Qərbə eyni variantı Qarabağda da qəbul etdirmək imkanı yaradacaq. Buna görə Azərbaycan Qarabağ nizamlanmasında belə ssenarilərə yol verməmək üçün "çox diqqətli" olmalıdır. Bəkir NƏRİMANOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar