SON XƏBƏRLƏR

Rusiyalı sülhməramlılar gürcü-osetin münaqişə zonasında əməliyyata başlayıblar

2021.10.20, 07:36
Rusiyalı sülhməramlılar gürcü-osetin münaqişə zonasında əməliyyata başlayıblar

Gunaz.tv
Rusiyalı sülhməramlılar gürcü-osetin münaqişə zonasında əməliyyata başlayıblar gurcu_oset_05.jpg Rusiya prezidenti Dmitri Medvedev ona müntəzəm olaraq əməliyyatlar barədə məlumat verməyi tələb edib Rusiyalı sülhməramlılar "Gürcüstanı sülhə məcbur etmək" üçün gürcü-osetin münaqişə zonasında əməliyyata başlayıblar. Bunu Rusiya prezienti Dmitri Medvedev deyib. "Bizim sülhməramlı dəstələrimiz hazırda gürcüləri sülhə məcbur etmək üçün əməliyyat keçirirlər. Onların üzərinə əhalinin təhlükəzisliyini təmin etmək kimi böyük məsuliyyət düşür", deyə prezident Kremldə müdafiə naziri Anatoli Serdyukov və Rusiya Silahlı Qüvvələri qərargahının rəisi Nikolay Makarovla görüşdə bildirib. Qeyd edək kİ, gürcü hərbiçiləri avqustun 8-də tanınmamış Cənubi Osetiya respublikasına giriblər və paytaxt Tsxinvalini atəşə tutublar. Şəhərin böyük hissəsi dağıdılıb. Bir çox kəndələrə ciddi ziyan dəyib. Tanınmamış Cənubi Osetiya rəhbərliyi dinc əhali arasında xeyli itki olması barədə məlumat yayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hərbi əməliyyatlarda 15 rusiyalı sülhməramlısı öldürülüb, çox sayda yaralı var. Medvedev hərbiçilərdən ona vəziyyət barədə məlumat verməyi xahiş edib./Rian.ru/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar